ATKİNS şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyi.
Vəzifənin adı: Mühəndis-elektrik
İş yeri: Bakı, Azərbaycan
Yaşı və cinsi: 30-40, kişi
Əsas vəzifə öhdəlikləri:
• Layihələndirmə üçün ilkin məlumatın yığılması;
• Sifarışçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;
• Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
• Sənaye bina və tikililərinin, inzibati binaların rabitə və siqnalizasiya şəbəkələrinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;
• İstehsalat, inzibati və yaşayış binalarının elektrik təchizatının layihələndirilməsi;
• Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;
• Layihə sənədlərinin razılaşdırılması və ekspertizasında iştirak;
• Layihə həllinin əlaqəli şöbələr tərəfindən yerinə yetirilən layihənin digər bölmələri üzrə layihə həllinə uyğunlaşdırılması;
• Sifarişçidən, avadanlıq istehsalçılarından lazımi məlumatın alınması;
• Müəllif və texniki nəzarət;
• Firmanın başqa bölmələri ilə qarşılıqlı fəaliyyət
• Ərazidə yerləşən elektrik təssərrüfatına nəzarəti təmin edir;
• Tələb olunan texniki sənədlərin hazırlanmasını yerinə yetirir;
• Aparılan elektrik quraşdırma işlərinə daim nəzarət etməli;
• Elektrik təssərüfatında işləyən işçılərə təlimat verilməsi;
• Təhlükəsizlik texnikasına, əmək mühafizəsinin qaydalarına və yanğın təhlükəsizliyinə riayət edilməsi;
• Şirkətin daxili iş qaydalarına riayət edilməsi.
Tələb olunan peşə-ixtisas səviyyəsi:
• Müvafiq sahədə ali təhsil;
• Müvafiq sahədə iş təcrübəsi 5 ildən az olmamaq şərtilə, tikinti şirkətlərində iş təcrübəsi üstünlük təşkil edəcək;
• Azərbaycan dilini yazılı və şifahi surətdə əla bilmək, ingilis və rus dillərini bilmək arzu olunandır;
• AutoCAD, MS Office kompüter proqramlarını bilmək;
• İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
• Yaxşı şəxsiyyətlərarası və ünsiyyət bacarıqları.
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV - foto şəkil ilə) [email protected] elektron poçtun ünvanına göndərə bilərlər.