İşin təsviri
                
                
                                
                İş şəraiti:
	- İş yeri: “Çinarlı Park” MTK, Bakı şəh., Dərnəgül metrosunun yaxınlığı
 
	- İş qrafiki: 6/1, 09:00-18:00; qanunvericiliyə uyğun məzuniyyət və rəsmi qeydiyyat 
 
	- Əmək haqqı: 600 AZN (net) + satışdan bonus 
 
	- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun sənədləşmə.
 
Namizədə tələblər:
	- Bəy namizədlərə üstünlük veriləcəkdir
 
	- Ali və ya orta ixtisas təhsil 
 
	- Satış sahəsində minimum 2 il təcrübə 
 
	- Daimi gülərüzlü, enerjili və xoş görünüşlü xarici görünüşə malik olmaq
 
	- Yüksək ünsiyyət bacarığı və müştəri yönümlü yanaşma
 
	- MS Office proqramlarında işləmə bacarığı
 
	- Çevik, məsuliyyətli və stress altında effektiv işləmə bacarığı
 
	- Yaş aralığı 21-30
 
	- Rus dili biliyi arzuolunandır 
 
Vəzifə öhdəlikləri:
	- Gələn qonaqların səmimi və peşəkar formada qarşılanması, istiqamətləndirilməsi
 
	- Telefon əlaqələrinin düzgün və effektiv idarə olunması
 
	- Elektron yazışma və inzibati prosedurların koordinasiyası
 
	- Şirkət daxilində nizam-intizam və məlumat axınının operativliyinin təmin olunması
 
	- Pozitiv atmosferin yaradılması və şirkət imicinin qorunması
 
	- Şirkətə daxil olan sənəd, məktub və bağlamaların qəbul edilməsi və aidiyyəti üzrə təhvil verilməsi
 
	- Ofis texnikası (printer, skaner, telefon sistemi) ilə işləmə bacarığı
 
	- Gündəlik inzibati işlərin görülməsi və rəhbərliyin verdiyi tapşırıqların icrası
 
Vakansiya ilə maraqlanan namizədlər işə müraciət anketlərini (CV) Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Office manager “ qeyd etməklə göndərə bilərlər. Yalnız qeyd edilən tələblərə cavab verən CV-lərə baxılacaqdır.