Ofis SƏTƏM mühəndisi

  • Azertexnolayn
  • Elanın qoyulma tarixi: 08.10.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Ofis SƏTƏM mühəndisi (xanım namizədlərə üstünlük verilir)

İşə götürən: Azertexnolayn MMC

İş yeri: Sumqayıt/Azərbaycan

“Azərtexnolayn” MMC-nin əsas fəaliyyəti Spiral Qaynaqlı Polad Boruların istehsalı, Polietilen və dəmir neft, qaz və su borularının  istehsalı, Metal konstruksiyalarının hazırlanması, Hidrotexniki avadanlıqların istehsalı

Namizəd aşağıdakı tələblərə cavab verməlidir :

•   Texniki Ali təhsil , eyni zamanda SƏTƏM ilə əlaqəli təlimlər
•   OHSAS 18001 standartı üzrə Daxili Auditor  təlimi və sertifikatı
•   SƏTƏM mühəndisi kimi ofis, sənayedə, tikintidə və ya neft/qaz sahəsində 2 il iş təcrübəsi
•   SƏTƏM üzrə prosedurların və planın hazırlanmasında, risk dəyərləndirmələrinin , Texniki Təhlükəsizlik haqqında Azərbaycan və beynəlxalq qanunvericiliyin tətbiqində təcrübə 

Uyğun namizədin həyata keçirəcəyi öhdəliklər:

•   SƏTƏM üzrə plan və prosedurların listini tərtib etmək və KİS şöbəsi ilə birlikdə gözdən keçirilmə tarixlərini müəyyənləşdirmək
•   SƏTƏM üzrə mərkəz şöbələrin daxili təlimini həyata keçirlməsində iştirk etmək və planını hazırlamaq
•   İstehsal sahələri və bölmələrin individual SƏTƏM performansının dəyərləndirilməsi
•   Ofis üzrə yanğın üzrə cavabdeh şəxslərin cədvəlini tərtib etmək və məşqlərin təşkilini həyata keçirmək
•   Ofis üzrə mülki müdafiə briqadasınının məşq toplanışlarını AR qanunvericiliyi ilə əlaqəli təşkil etmək və hesabatı hazırlamaq
•   Ofis SƏTƏM prosedurunun və təliminin hazırlanmasında iştirak və tətbiqinə nəzarət etmək
•   İstehsal bölmələrindən və ya zavodlardan gələn aylıq hesabatların yoxlanılmasında bilavasitə iştirak etmək
•   Mərkəz bölmələrə qəbul edilən işçilərin giriş, növbədənkənar və yanğın təlimatını keçmək
•   İstehsalat bölmələrindəki SƏTƏM nümayəndələri ilə birgə nəqliyyat vasitələrinin yoxlanılmasında iştirak etmək, hesabatları hazırlamaq
•   Ərazi üzrə toplantı məntəqələrinə cavabdeh şəxsləri müəyyən etmək və məşqləri həyata keçirmək, hesabatı hazırlamaq
•   Nəqliyyat Təhlükəsizliyi ilə bağlı prosedurun tətbiqinə nəzarət və yenilənməsində iştirak etmək
•   Ümumi olaraq aylıq, yarımillik və illik hesabatın hazırlanmasında kordinasiyanı həyata keçirmək və analiz aparmaq
•   Yüksək səviyyədə komputer biliyi
•   Azərbaycan, İngilis və Rus dillərində yazmaq və danışmaq bacarığı.

E-mail: [email protected]