Copywriter (Yaradıcı məzmun üzrə mütəxəssis)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Kampaniya mətnlərinin, reklam şüarlarının və kreativ ssenarilərin yazılması

  • Sosial media, bloq, veb sayt, video və digər rəqəmsal platformalar üçün məzmunun hazırlanması

  • Kreativ strategiyaların hazırlanması və yeni kampaniya ideyalarının verilməsi

  • Məzmun məqsədlərini müəyyənləşdirmək üçün dizayn və marketinq komandaları ilə sıx əməkdaşlıq

  • Kontent planlarının hazırlanması və onların rəqəmsal kanallarda yayımlanmasına nəzarət

  • SEO yönümlü məqalə və bloqların yazılması

  • Mövcud kontentin Azərbaycan, İngilis və Rus dillərində adaptasiyası və redaktəsi

  • Trendlərin, istifadəçi davranışlarının və yeni texnologiyaların mütəmadi izlənməsi və tətbiqi

Namizədə dair tələblər:

  • Ali təhsil (bakalavr)

  • Azərbaycan, İngilis və Rus dillərində səlis danışmaq və yazmaq bacarığı

  • Copywriter vəzifəsi üzrə təcrübə

  • Araşdırma və analitik düşünmə qabiliyyəti

  • Turizm sektoru və Azərbaycanın tarixi ilə bağlı baza biliklərinin olması

  • Microsoft Office və SEO alətləri (Semrush və s.) ilə işləmə bacarığı

  • Süni intellekt alətləri ilə işləmə bacarığı

  • Operativlik, dəqiqlik və yüksək icraçılıq

  • Texnoloji yeniliklərə maraq – üstünlükdür

Əmək haqqı: 800 – 1500 AZN (təcrübəyə əsasən müəyyənləşdirilir)

Müraciət üçün:
Namizədlərdən portfolio təqdim etmələri mütləqdir.
Zəhmət olmasa, CV və portfolio fayllarınızı [email protected]  e-mail vasitəsilə göndərin. Mövzu (subject) hissəsində “Copywriter” qeyd etməyi unutmayın.

Baku Heritage Tours MMC tərəfindən digər vakansiyalar