Restoran müdirinin müavini

  • GFC MMC
  • Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə aid tələblər:

  • 25-45 yaş arasında;
  • Ali təhsilli olması;
  • Azərbaycan dili üzrə mükəmməl biliklər;
  • Restoran idarəetmə sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi (fast food sektoru təcrübə olanlara üstünlük verilir);
  • Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
  • Xərclərə nəzarət, hesabat və təhlil bacarığına malik olmaq;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Yüksək liderlik keyfiyyəti, komanda idarəetmə bacarığı;
  • Güclü planlaşdırma bacarığına və strateji düşünmə qabiliyyətinə malik olmaq;
  • Məsuliyyət, dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Karyera qurmaq istəyi.

Əsas vəzifə və öhdəliklər:

  • Satışın və məhsuldarlığın maksimum artırılmasını təmin etmək;
  • Qida təhlükəsizliyin qorunmasını təmin etmək;
  • Xərclərin azalmasını təmin etmək;
  • Marketinq aksiyalarını effektiv şəkildə tətbiq etmək və həyata keçirilməsini təmin etmək;
  • Qonaqların məmnuniyyətini yüksək səviyyədə təmin etmək;
  • Satışları və hazır məhsulu düzgün planlaşdırmaq;
  • Restoran KPİ-larını hesablamaq;
  • Restoranda məhsul və materialların sifarişini etmək;
  • Komanda üzvlərinin effektiv şəkildə seçilməsi, işə götürülməsi, təlimi və inkişafını təmin etmək;
  • Standartların təmin edilməsinə 100% nəzarət etmək;
  • Restoran nəticələrini hesabat formasında gündəlik,həftəlik,aylıq təqdim etmək.

 

İş şəraiti:

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

Növbəli 5 günlük iş rejimi;

Müasir idarəetmə sistemi və mehriban kollektiv;

Təlim keçmə və karyera artımı imkanları.

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Restoran müdirinin müavini” qeyd edərək  [email protected] e-ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.