Salyan Keyfiyyətə nəzarət meneceri

  • Nurgun Holding
  • Elanın qoyulma tarixi: 28.09.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

SALYAN Keyfiyyətə nəzarət meneceri

- Yerinə yetirilən işlər üzrə qanunverici və normativ-hüquqi sənədlərinın hazırlanması,
- Daxili əmək nizamı qaydalarına nəzarət,
- İstehsal prosesində keyfiyyətinin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək,
- Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurlarda iştirak etmək,
- Keçirilmiş daxili auidit üzrə hesabatların hazırlanmasında iştirak etmək,
- Rəhbərlik tərəfindən KMS-in analizi üçün zəruri olan məlumatın yığılması və sistemləşdirilməsi işində iştirak etmək,
- Texniki standartların tələblərinə və texniki şərtlərə, təchiz etmə və müqavilə şərtlərinə müvafiq olaraq istehsal prosesinin keyfiyyətinə nəzarət üzrə işdə iştirak etmək,
- İşin keyfiyyətinin pisləşməsi səbəblərini, onların aradan qaldırılması üzrə təkliflər və həmçinin iştirak edən bütün manqaların məsuliyyətinin artırılması üzrə zəruri tədbirlərin işlənib hazırlanması.

TƏLƏBLƏR:

- Ali təhsil (Əmtəəşünas və ya istehsal sahələrində keyfiyyətə nəzarət ixtisası üzrə)
- İstehsal sahəsinin keyfiyyət menecmenti sistemində İSO standart tələblərini bilməli,
- İş prosesində qüvvədə olan əməyin mühafizəsinin qayda və normalarını bilməli,
- Zavodun daxili əmək nizamı qaydalarını, texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə təlimatları bilməli, sanitar-gigiyenik normalara əməl edilməsini tələb etməli,
- Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirməli, təşəbbüskar olmalı, ixtisasını daim təkmilləşdirməlidir.
- Xahiş edirik müraciətlərin mövzu hissəsinə "Salyan keyfiyyətə nəzarət" qeyd edəsiniz.

E-mail: [email protected]

İşəgötürənin reytinqi