Müəssisə: “United Telecom” şirkətlər qrupu
Vakansiyanın adı: Mağaza Müdiri
İşin xüsusiyyətləri:
- Rəhbərlik etdiyi mağazada mobil telefonların satışının təşkilini, biznes proseslərinin, qaydalarının və rəhbərliyin tapşırıq və tələblərinin operativ icrasını təmin etmək;
- Mağazanın nəzərdə tutulmuş vaxtda açılıb bağlanmasını, gündəlik iş prosesləri təşkil etmək və nəzarət etmək;
- Müştərilər mağazaya daxil olanadək mağazanın ümumi səliqəsinin və təmizliyinin təmin edilməsinə, iş yerinin işə hazılıq vəziyyətinə gətirilməsinə nəzarət etmək;
- Mağaza heyəti tərəfindən müştəri məmnuniyyətinin təmin edilməsinə nəzarət etmək;
- Problemli məslələlərin vaxtında və müvafiq qaydada həll etmək və bu barədə rəhbərliyə məlumat vermək;
- Satış hədəflərini komanda üzvləri arasında bölüşdürmək və icrasını təmin etmək;
- Gündəlik olaraq satış, əməliyyat, kassa, anbar üzrə əməliyyatların statistik yoxlamasını aparmaq;
- Rəflərdə şirkət məhsullarının merçendayzinq tələblərinə uyğun olaraq düzülüşünü təmin etmək;
- Şirkətin fəaliyyətinə mane olan halları aşkarlamaq və rəhbərliyə bu barədə məlumat vermək;
- Satış nöqtəsində yeni məhsulların prezentasiyasını keçirmək;
- Mağazada məhsulların, reklam materiallarının düzülüşünü və sərgilənməsini nəzarətdə saxlamaq;
- Satışın artırılması ilə bağlı rəhbərliyə təkliflər verilməsi;
Namizədə olan tələblər:
- Ali, İqtisadi təhsil (idarəetmə yönündə olmağı arzuolunandır);
- Mobil telefonların satışı sahəsində və rəhbər vəzifədə min. 3 il iş təcrübəsi;
- Azərbaycan Dili (əla), Rus dili (əla), İngilis dili (orta), Kompüter və ofis texnikasından istifadə;
- İdarəetmə qabiliyyəti və işgüzar ünsiyyət etikası;
- Dəqiqlik və məsuliyyət;
- Gərgin iş şəraitində işləmək bacarığı;
- yaş həddi: 22-40;
- cins: fərqi yox;
- satılacaq bütün modellər haqqında dərindən öyrənməli və analiz etməli;
Əmək haqqı: 1000 AZN + satışdan mükafat;
QEYD: satış sahəsində stajı olmayan və rus dili biliyi kifayət qədər olmayan namizədlərin CV-ləri avtomatik olaraq bazadan çıxarılacaq;
Müraciət vasitəsi
e-mail: [email protected]