İşin təsviri
Əsas vəzifə və öhdəliklər:
- Ofis proqramları üzrə təlimlər keçmək;
- Tədris planına uyğun materiallar hazırlamaq;
- Təlim iştirakçılarının inkişafını izləmək və qiymətləndirmək;
- Praktiki tapşırıqlar və interaktiv dərs metodlarından istifadə etmək;
- Şagirdlər üçün imtahan sulları və qiymətləndirmə tapşırıqları hazırlamaq;
- Şagirdlərlərin nəticəsi ilə bağlı rəhbərliyə rəy vermək;
- Tələb edildikdə iclaslarda və planlaşdırılmış təlimlərdə iştirak etmək.
Tələb olunan səriştə və bacarıqlar:
- Microsoft Office proqramları üzrə dərin biliklər (Word, Excel, PowerPoint və Outlook);
- Təlim keçmək bacarığı və pedaqoji yanaşma;
- Müvafiq sahədə təcrübə (təlimçi və ya müəllim kimi fəaliyyət üstünlükdür);
- Dinamik, ünsiyyətcil və səbirli olmaq;
- Azərbaycan dilində səlis danışıq bacarığı, rus və ingilis dili bilikləri üstünlükdür.
İş şəraiti haqqında məlumat:
- İş günləri: Qrafik razılaşma əsasında təyin edilə bilər;
- Əmək haqqı: Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun müəyyən ediləcək.
Uyğun namizədlər CV-lərini vakansiya adını yazaraq [email protected] email adresinə göndərə bilərlər.