Sistem inzibatçısı

  • Kontakt Home
  • təsdiqlənmiş
  • Elanın qoyulma tarixi: 12.02.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • IT İnfrastrukturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatının fasiləsiz fəaliyyətinin təşkil və təmin edilməsi
  • Monitorinq və loqlamaların düzgün şəkildə aparılmasının təmin edilməsi, monitorinq nəticələrinə əsasən infrastrukturun inkişafı ilə bağlı təkliflərin hazırlanılması;
  • Şirkətin sabit IT sisteminin işinə və korporativ təhlükəsizlik standartlarına riayət edilməsinin təmin edilməsi;
  • Ən son proqram versiyalarının quraşdırılması üçün dəstəyin təmin edilməsi;
  • İnfrastruktur üçün texniki səndələşmənin təşkili və sistemdə edilən dəyişikliklərin qeydiyyatının aparılması.

Tələblər:

  • Sistem inzibatçısı kimi ən az 2 il iş təcrübəsi;
  • Ali təhsil (Kompüter elmləri və ya informasiya texnologiyaları sahəsi üzrə);
  • Windows server üzrə təcrübə (Active Directory, Group Policy, Exchange server/Exchange online, Remote Desktop services,);
  • Virtualizasiya sistemləri üzrə təcrübə (VMware vCenter, vSphere HA, vMotion, DRS);
  • Ehtiyat nüsxə sistemləri üzrə təcrübə (Veeam B&R);
  • Saxlanc sistemləri üzrə təcrübə (HP MSA, Dell storage və s);
  • Microsoft 365 Admin Center üzrə biliklər;
  • Monitoring və Log Management tool-ları üzrə təcrübə arzuolunandır ( Zabbix, OpManager, Graylog və s);
  • Linux tipli ƏS-ləri üzrə biliklər arzuolunandır;
  • Şəbəkə üzrə ilkin biliklər;
  • Səlis azəybaycan dili biliyi, ingilis və rus dili biliyi arzuolunandır;
  • Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür;
  • Detallara və nəticəyə yönümlülük;
  • Ünsiyyət qurma bacarığı;
  • Komandada işləmə bacarığı.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

İşəgötürənin reytinqi

Kontakt Home tərəfindən digər vakansiyalar