Vəzifə öhdəlikləri:
1. Planlama mühəndisi bir başa Kommersiya üzrə Menecerə tabedir.
2. Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
3. Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb Lahiyə Rəhbərinə ötürülməsi;
4. Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və MS Project proqramına daxil edilməsi və yenilənməsi;
5. Həftəlik inkişaf proqramı üzrə planlama iclaslarında iştirak etmək;
6. Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
7. Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirə aparmaq;
8. Gecikən işlərin yenidən planlanması;
9. Subpodratçıların apardığı işlərin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət;
10. Müqavilə paketlərinə görə aralıq ödəmə sertifikatlarının hazırlanması;
11. Gördüyümüz işlərə dəyən ziyanın müəyyən edilməsi və tələbnamənin hazırlanması.
Namizədə olan tələblər:
• Azərbaycan və İngilis dilləri əla səviyyədə
• Vəzifəyə uyğun sahədə ən az 3-5 il iş təcrübəsi
• MS Office, MS Project, Primavera
• Problem həll etmə, analitik düşünmə qabiliyyəti
• İşgüzar ünsiyyət bacarığı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Planlama Mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.