İşin təsviri
Bilməlidir:
- İstehsalatın texnologiyasını, təmir, tikinti, quraşdırma və montaj işlərinin təşkili qaydalarını;
- Qiymətin formalaşması və smeta üçün nəzərdə tutulmüş normaların müəyyən edilməsi ilə bağlı normatıv və sərəncam xarakterli sənədləri;
- Layihə üzrə sənədləşmənin tərtibi, razılaşdırılması və təsdiqi qaydalarını;
- Tikinti qaydalarını, normalarını və standarlarını (SNİP);
- Müxtəlif hesablama metodlarından istifadə etməklə smetaların hazırlanması (bazis, indeks, resurs və s.);
- Tikinti proseslərinin və istehsalatın texnologiyasını. Tikinti istehsalatının təşkilini;
- Ünsiyyət qabiliyyəti
Vəzifə öhdəlikləri:
Smeta və iş həcmlərinin müəyyən edilməsi üzrə işlər,
- Tikinti quraşdırma və təmir işləri üzrə smetaları tərtib edir;
- Qiymətlərin və ya həcmlərin dəyişməsi halında smetada müvafiq dəyişikliklər edir;
- Layihə təşkilatları tərəfindən tərtib edilmiş smetaların düzgünlüyünü yoxlayır və rəy hazırlayır;
- Podrat və subpodratçıların cəlb edilməsi üçün sahədən təqdim edilmiş tələbnamə əsasında materiallar və ya işçiliyin sepsifakasiyası, sayı və texniki xarakteristikası təsdiqlənmiş smeta əsasında yoxlayır və Texniki Direktor tərəfindən təsdiq olunduqdan sonra podrat və ya supbodratçılardan təkliflərin alınması üçün müvafiq departamentlərə yönəldir;
- Əlavə işlər üzrə smetaları hazırlayır və təsdiq üçün Texniki Direktora təqdim edir;
- Smeta sənədlərinin qeydiyyatını aparır, şablon smataların hazırlanması məqsədi ilə təkrarlanan işlər üzrə smeta hesablamalarını sistemləşdirir;
Araşdırma və sistemləşdirmə,
- Bütün növ təmir-tikinti işləri üzrə smeta dəyərinin müəyyən edilməsi məqsədi ilə araşdırma aparır, alınan məlumatları sistemləşdirir;
- İstehsalatın effektivliyinin artırılması və tikinti quraşdırma işlərinin maya dəyərinin azaldılması ilə bağlı təkliflər verir;
- Smetların tərtibi üçün bazar qiymətlərini analız edilərək xidmətlərin, materialların və s. vahid həcminin qiymətlərinin müəyyən edir;
Sənədləşmə,
- Tikinti norma və qaydalarına əsasən normativ sənədlərin hazırlanmasında iştirak edir;
- Görülmiş işlər üzrə aktların tərtib edilməsində iştirak edir;
- Görülən işlərin smeta dəyəri ilə bağlı arayışlar hazırlayır
Digər:
- 5 günlük iş qrafiki;
- Əmək haqqı: 2000-2500 AZN
- Ünvan: Bakı şəhəri, Ələsgər Qayıbov 10 Q, STN Biznes Mərkəzi
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən Azərbaycan dilində tərtib olunmuş CV-lərini “mövzu” hissəsində vakansiyanın adını (Smetaçı mühəndis) yazmaqla elektron poçt ünvanına göndərmələri xahiş olunur