İşin təsviri
                
                
                                
                Tələblər
	- Müvafiq sahədə bakalavr və/və ya magistr dərəcəsi (məsələn, təhsil, idarəetmə, keyfiyyət təminatı, biznes administrasiyası);
 
	- Təhsildə və ya idarəetmədə keyfiyyət təminatı sahəsində iş təcrübəsi (adətən 2-5 il);
 
	- Akkreditasiya prosesləri, daxili audit və təhsil standartlarının qiymətləndirilməsi üzrə təcrübə;
 
	- Analitik bacarıqlar: Məlumatların təhlili, hesabatların hazırlanması və nəticələrin qiymətləndirilməsi;
 
	- Ünsiyyət bacarıqları: Effektiv yazılı və şifahi ünsiyyət;
 
	- Təşkilati bacarıqlar: Layihələrin idarə olunması, vaxtın düzgün planlaşdırılması;
 
	- Kompyuter bacarıqları: MS Office proqramları və keyfiyyət təminatı sistemləri ilə işləmək bacarığı;
 
	- Diqqətlilik və detallara dəqiqlik;
 
	- Komanda ilə işləmə bacarığı və problemləri həll etmə qabiliyyəti;
 
	- İnnovativ yanaşma və davamlı təkmilləşmə ruhu;
 
	- Universitetin daxili siyasət və strategiyalarına uyğunlaşmaq;
 
	- Azərbaycan dili sərbəst (rəsmi sənədlərin hazırlanması üçün), İngilis dili (beynəlxalq standartlarla işləmək və xarici akkreditasiya orqanları ilə ünsiyyət üçün), Rus dili bilikləri üstünlük ola bilər.
 
İşin təsviri:
	- Təhsil müəssisəsində keyfiyyət təminatı sistemlərinin tətbiqi və idarə edilməsi;
 
	- Tədris proqramlarının, tədris resurslarının və təlim metodlarının keyfiyyətinə nəzarət;
 
	- Daxili auditlərin keçirilməsi və hesabatların hazırlanması;
 
	- Akademik və administrativ heyət, tələbə və digər maraqlı tərəflər arasında hər rüb üzrə sorğuların keçirilməsi və təhlili;
 
	- Həyata keçirilmiş sorğuların təhlili barədə rəhbərliyə dövrü olaraq müvafiq hesabatların hazırlanması;
 
	- Keyfiyyət göstəricilərinin monitorinqi və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
 
	- Milli və beynəlxalq keyfiyyət standartlarına uyğun olaraq fəaliyyətlərin təşkil edilməsi;
 
	- Akkreditasiya və digər qiymətləndirmə proseslərində iştirak;
 
	- Keyfiyyət mədəniyyətinin formalaşdırıması işinin təşkili.
 
Müraciət üçün tələb olunan sənədlər:
	- tərcümeyi-hal CV
 
	- ali təhsili təsdiq edən sənədlərin surəti;
 
	- daxili keyfiyyət təminatı üzrə sertifikat ; 
 
	- müşayiətedici məktub (motivasiya, – maksimum 500 söz); 
 
	- tövsiyə edən şəxslər barədə məlumat (2 nəfər).
 
Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir.
Maraqlananlar mail ünvanına sənədlərini göndərə bilər.