KÜRDƏMİR SÜD EMALI ZAVODU
MEXANİK
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətdir.
“Azərsun Holding” MMC sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir.
KÜRDƏMİR SÜD EMALI ZAVODU (Azərsun Holdinq) “Mexanik” vəzifəsi ilə bağlı vakansiyanı açıq elan edir.
İş haqqında məlumat:
• Süd fabrikinin istehsal sahəsində montaj işlərinin aparılmasına kömək etmək və yaranmış texniki problemləri aradan qaldırmaq;
• Təmir sonrası lazımi təchizatlarda test yoxlamalarını həyata keçirmək;
• Təmiri mümkün olmayan, servis xidməti olan maşın və avadanlıqların servis xidmətindən istifadə olunmasını təmin etmək;
• İş yeri Kürdəmir Süd Emalı Zavodundadır.
Əsas tələblər:
• Peşə və ya orta ixtisas təhsili (ali təhsili olanlara üstünlük verilir);
• Uyğun sahədə təcrübə;
• Maşın, təchizat və pompaların işlənmə qaydalarını bilməli;
• 22-45 yaşlı kişi namizədlər;
• Əlavə iş saatlarında işləyə bilməli.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 15.09.2014 tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“Mexanik”) qeyd olunmalıdır.
*Azərsun Holdinq haqqında ətraflı məlumatı www.azersun.com veb səhifəsindən əldə edə bilərsiniz.