İşin təsviri
Vəzifə öhdəlikləri
- Bərpa edilən abidənin tarixi və konteksti haqqında məlumat toplamaq üçün araşdırma aparmaq;
- Bərpa və ya konservasiya olunan abidədə ölçü işləri aparmaq, zədələnmiş və ya xarab olan sahələri müəyyən etmək və bərpa üçün tələb olunan işlərin həcmini müəyyənləşdirmək;
- Tarixi abidənin struktur bütövlüyünə, estetikasına və tarixi əhəmiyyətini nəzərə alan bərpa planı hazırlamaq;
- Layihəçi tərəfindən hazırlanan bərpa layihə paketlərinə baxış keçirib, rəylərin hazırlanması;
- İcra olunan bərpa işlərinin layihəyə, büdcəyə və qrafikə uyğun yerinə yetirilməsinə nəzarət etmək;
- Texniki hesabatların hazırlanması, təklif olunan müdaxilələri göstərən işçi çertyojlar, təsvirlər, layihənin qiymətləndirilməsi, material spesifikasiyası və tender sənədləri ilə bağlı işləri icra etmək;
- Abidələr üçün layihə və texniki tapşırıqları hazırlamaq;
- Bərpa və ya konservasiya layihəsinin həm görünüşünü, həm də daxili quruluşunu göstərən ətraflı təsvirlərin hazırlanmasını təmin etmək;
Xüsusi tələblər
- Ali təhsil (Memarlıq, tarixi abidələrin bərpa və konservasiyası);
- Tarixi memarlı abidələrinin bərpası və konservasiyası sahəsində ən az 3 il iş təcrübəsi;
- Analitik düşüncə bacarığı;
- Məsuliyyətli və dəqiq olmalı;
- Detallara diqqət yetirməyi bacarmalı;
- Dil bilikləri: Azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
- MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
- AutoCAD və SketchUp proqramı ilə işləmə qabiliyyəti, yüksək səviyyədə;
- Memarlıq təqdimatlarının hazırlanması üzrə bacarıqlar;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Kommunikasiya və komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- 6 günlük iş rejimi
- Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq müsahibə zamanı müzakirə olunacaq.
Uyğun namizədlər CV-lərini “Bərpaçı memar” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.