Satış üzrə Menecer

  • PROMEXTECH AZ
  • Elanın qoyulma tarixi: 09.01.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Tikintiyə aid texnikalar və qaldırıcı avadanlıqların satışı üzrə minimum 1 il iş təcrübəsi; 
  • Ali təhsil - Kommersiya və ya texniki təhsil;
  • Microsoft Excel proqram təminatını yüksək səviyyədə istifadə etmək bacarığı;
  • Əsas iqtisadi biliklər;
  • Azərbaycan dili – sərbəst; Rus dili-əla ,İngilis dili –orta;
  • Komanda ilə işləmə bacarığı;
  • Yazılı və şifahi özünü ifadə etmə bacarığı;
  • Satış etmə bacarığı;
  • Ünsiyyətcil, düşüncələrini hərtərəfli ifadə edə biləcək şifahi nitq qabiliyyəti olmalı;
  • Servis və ehtiyat hissələrinin servisi üzrə ümumi anlayışın olması;

Vəzifə və öhdəliklər:

  • Tikintiyə aid texnikalar və qaldırıcı avadanlıqların satışını həyata keçirmək
  • “PROMEXTECH AZ” MMC  kanalında satış planları və hədəflərə nail olmaq, müştəri həcminin sayının və müştəri məmuniyyətini artırılması istiqamətində işlər görmək;
  • Müştərilərin tələbatını öyrənmək, şirkətin məhsulları haqqında ətraflı və düzgün doğru məlumatı təqdim etmək;
  • Mövcud müştəri bazası ilə mütəmadi işləmək;
  • Xüsusi müştərilər üzrə satış artırılma istiqamətində təkliflər hazırlamaq;
  • Qiymət siyasətinin formalaşdırılması, satışın təhlili və sənədlərin idarə edilməsini təmin etmək;
  • Həftəlik və aylıq satış hesabatlarını hazırlamaq;
  • Debitor borclarına nəzarət etmək və yığılmasını həyata keçirmək;
  • Rəqib şirkətlərin fəaliyyətlərini müşahidə etmək;
  • Korporativ formata uyğun olaraq işgüzar yazışmalar və zənglərin aparılması təmin etmək;
  • Bazar potensialının təhlili və bazar potensialından istifadə;
  • Yeni müştərilərin tapılması;
  • Proqram təminatından sistemli istifadə etmək;
  • İstənilən halda müştərilərlə danışıqların etik qaydalada uyğun aparılması;
  • Reklam və tanıtım kampaniyalarının planlaşdırılması və həyata keçirilməsində fəal iştirak etmək və dəstək olmaq;

İş şəraiti:
 

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma;
  • Sınaq müddəti- 3 ay;
  • İş rejimi: 09:00-dan 18:00-dək; 5 günlük iş rejimi;
  • Əmək haqqı: Razılaşma yolu ilə;

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar, e-mail ünvanına gələn CV-lərə baxılacaq, zəng və ya whatsapp üzərindən müraciətlər qəbul olunmur.

Müraciət etmək istəyən namizədlərdən CV-lərini elektron poçt ünvanına mövzu hissəsinə “Satış üzrə menecer” qeyd edərək göndərmələri xahiş olunur.