İnsan Resursları üzər Mütəxəssis

İşin təsviri

Vəzifə : İnsan Resursları üzər Mütəxəssis

İş barədə məlumat:

- Vakansiyaların təhlili, elanların hazırlanması və yerləşdirilməsi, müsahibələrin keçirilməsi və şirkətin tələblərinə uyğun kadrların vaxtında işə götürülməsi;
- Namizəd bazasının qurulması;
- Qanunvericilik çərçivəsində əmrlərin hazırlanması;
- İşçilərə verilən arayışların hazırlanması;
- Dövlət Miqrasiya Xidmətindən müvəqqəti yaşamaq və işləmək icazələrinin alınması üçün bütün sənədlərin hazırlanması;
- İşçilərin şəxsi işlərin hazırlanması və aparılması, əmək fəaliyyəti ilə bağlı dəyişikliklərin edilməsi;
- Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi;

Əsas tələblər:

- Ali təhsil;
- İnsan Resursları sahəsində ən azı 2 il iş təcrübəsi;
- AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
- Kadrlara aid olan normativ, metodik və digər rəhbər materialları bilməli;
- Kadrlar şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının  
 tərtib edilməsini bilməli;
- Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını bacarmalı;
- Mühasibatlıq sahəsi ilə bağlı minimal biliklərə sahib olmalı;
-MS Office proqramlarını, xüsusən Excel və Word, yüksək səviyyədə bilməli.

- İş vaxtı: həftənin 5 günü  saat 09:00–18:00; şənbə günü saat 10:00-14:00 (Nahar şirkət hesabına təmin olunur )

Əmək Haqqı : 700 AZN (Net)

Tələblərə uyğun namizədlərdən xahiş olunur cv-lərini  [email protected] ünvanına göndərsinlər.

İşəgötürənin reytinqi