İşin təsviri
Əsas vəzifə və öhdəliklər:
- Bütün növ çamaşırların düzgün yuyulması, təmizlənməsi və saxlanılması
- Çamaşırxananın fəaliyyətinə mane ola biləcək amillərlə əlaqədar qrup rəhbərinə dərhal məlumat vermək
- Çamaşırxananın işinin keyfiyyətli olması məqsədilə materiallardan qənaətlər və ekoloji təmiz üsüllarla istifadə etmək
- Daxili qaydalara riayət etmək, qurğu və avadanlıqların düzgün işlədilməsinə aid təlimatlara uyğun davranmaq
İş şəraiti:
- Həftə ərzində günlük iş qrafiki 6gün
- İş saatı 09:00-18:00
- Əmək haqqı 650-700 azn
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
- Mobil nömrə, Naharla və qalacaq yerlə təmin olunur. (iş yeri Xankəndi)
Namizədə tələblər:
- Çamaşırxana və ya təmizlik sahəsində iş təcrübəsi arzu olunandır
- Təcrübəsiz namizədlərə təlim keçirilir
- Müsbət ünsiyyət və komandada işləmə bacarığı
- Yaş həddi 22-40
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
- Ünsiyyətcil, aktiv, məsuliyyətli və diqqətli olmalı
Namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Çamaşırxana üzrə mütəxəssis” sözlərini qeyd edərək elektron poçt ünvanına göndərsinlər.