Hyundai Markası üzrə Köməkçi

  • Auto Azerbaijan
  • Elanın qoyulma tarixi: 09.08.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hyundai Markası üzrə Köməkçi vakansiyası

İşin təsviri:

Müştəriləri qarşılamaq və satış məsləhətçilərinə yönləndirmək;
Sənədləri (faks, e-mail, poçt vs.) qəbul etmək, qeydə almaq, aidiyyəti üzrə  bölüşdürmək və  icraçılara çatdırmaq;
Rəhbərin işgüzar görüşlərini tənzimləmək və ziyarətə gələnləri istiqamətləndirmək;
Rəhbərliyin tapşırıqlarını vaxtında icra etmək.

Namizədə tələblər:

Azərbaycan və Rus dillərində səlis danışıq;
Microsoft Office, Internet Explorer;

Əlavə tələblər:

Mühitə tez uyğunlaşan, komandada işləmə qabiliyyəti;
Dəqiq, məsuliyyətli;
Stres altında işləməyi  bacaran;
Nizam-intizamlı;
Yüksək ünsiyyət qabiliyyətli.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "köməkçi" qeyd etmək və şəkil əlavə etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  [email protected] ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.