İşin təsviri
                
                
                                
                Vəzifə öhdəlikləri:
	- Satış praktikaları və məhsullarla bağlı təlimlər hazırlayıb, periodik olaraq heyyətə tədris etmək;
 
	- Mütəmadi olaraq kateqoriya menecerləri ilə əlaqə saxlayıb yeni və yeni məhsullar haqda məlumatları əldə edib, təlimlərin kontentini bu informasiya əsasında yeniləmək;
 
	- Biznes ehtiyacları analizi apararaq təlim kontentləri yaratmaq və onları gündəmdə saxlamaq;
 
	- Məhsullar üzrə təlim qrupuna və tətbiqə mütəmadi olaraq məhsullar yerləşdirmək və onların spesifik və satış üçün açar nöqtələr olan parametrlərini paylaşıb, marifləndirici testlər etmək;
 
	- Mağaza ziyarətlərində iştirak edib, mağaza heyyətinin təlim ehtiyaclarını təyin edərək, təlimlər təşkil etmək;
 
	- Mütəmadi olaraq Dərəcələndirmə siyasətinə əsasən imtahan, mükafatlandırma prosesini həyata keçirmək;
 
	- Sahə üzrə yenilikləri təqib edib (daxili və xarici bazar araşdırmaları) və təlimlərin faydalılığının artırılması üçün sorğu və analizlər etmək;
 
	- Gördüyü işlərin aylıq, rüblük və illik hesabatanı birbaşa rəhbərə təqdim etmək.
 
Namizədə tələblər: 
	- Təhsil: İdarəetmə, Psixologiya, İqtisadiyyat;
 
	- Topdan satış sahəsi üzrə iş təcrübəsi;
 
	- MS Office proqramlarını yaxşı bilməli;
 
	- Dil biliyi-Azərbaycan dili (səlis); Rus dili və İngilis dili- arzu olunandır;
 
	- Komanda idarə etmə bacarığı;
 
	- Təqdimat və danışıq bacarığı;
 
	- Ünsiyyət bacarığı;
 
	- Analiz etmə bacarığı;
 
Təminatlar:
	- Nahar ilə təmin edilmə;
 
	- Karyera yüksəlişi imkanı;
 
	- Korporativ mobil nömrə.
 
Müraciət qaydaları:
CV-nizi elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Təlim və İnkişaf üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.