İşin təsviri
Vəzifələr:
- Biznes proseslərə uyğun olaraq ERP sisteminin analizi;
- ERP funksionallığının təhlil edilməsi və inkişafı istiqamətində təkliflərin verilməsi;
- ERP sisteminə əlavə və dəyişikliklərin edilməsi;
- Proqramda yaranan xətaların aradan qaldırılması və texniki dəstəyin göstərilməsi.
- Test ssenarilərinin hazırlanması və icrası
- Mövcud olan bug və problemlərin aşkar edilməsi, onların sənədləşdirilməsi
- Test nəticələrinin analiz edilməsi və hesabatların hazırlanması
Namizəd üçün tələblər:
- Ali təhsil;
- SQL/Hesabatlıq üzrə minimum 2 il təcrübə;
- Oracle SQL, PostgreSQL;
- PL/SQL bilikləri arzuolunandır;
- Analitik düşünmə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
- Müvafiq sahə üzrə sertifikatları olan namizədə üstünlük veriləcəkdir.
İş şərtləri:
- Əmək haqqı: razılaşma yolu ilə
- İş yeri: Sumqayıt şəhəri
- Nahar və servis xidməti müəssisə tərəfindən təşkil edilir.
- İş qrafiki: 6 günlük (6-cı gün qısa iş günü)
Namizədlərdən CV-lərini mövzu yerində "Sistem analitiki" yazmaqla qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur.