Logistika üzrə mütəxəssis

  • Medsol
  • Elanın qoyulma tarixi: 19.12.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Gömrük bəyannaməsinin və nəqliyyat sənədlərini düzgün şəkildə tərtibi. Gömrük Bəyənnamələrinin düzgün və cəld şəkildə doldurulması və elektron imza ilə təsdiqlənməsi..
  • Beynəlxalq Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika sahəsində  xarici əlaqələrin təşkili;
  • Gömrük rəsmiləşdirilməsi ilə bağlı zəruri sənədləri aidiyyatı şöbələrdən toplamaq (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası, və s. aidiyyatı məsələlər ilə bağlı müraciətlər etmək;
  • Daşımaları həyata keçirən xarici şirkətlərlə əlaqələr yaratmaq, yüklərin daşınmasını təşkil etmək;
  • İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatları hazırlamaq və prosesə nəzarət etmək;
  • Daşınma xərci, sığorta və gömrük rüsumları barədə məlumatların müəyyən olunması və ödənişlərin vaxtında icrasına nəzarət;
  • Bazar qiymətlərinin monitorinqini aparmaq, güvənli yerli və xarici logistika şirkətlərini tapmaq və riskləri dəyərləndirmək;

Namizədə tələblər

  • Təhsil; Ali
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 1-3 il;
  • Dil bilikləri: Azərbaycan dili -səlis (Rus və İngilis dilləri üstünlükdür);
  • Gömrük Bəyannamələrinin növləri/rejimləri haqqında biliklərin olması:
  • MC Office proqramlarında işləmək bacarığı;
  • İşində məsuliyyətli, dəqiq, operativ, punktual və kollektivdə işləmə bacarığı;
  • Yarana biləcək problemləri həll etmə bacarığı.

İş şəraiti:

  • İş yeri; Bakı şəh, Nəsimi rayonu 
  • İş saatı 9:00-18:00-dək; 5 günlük iş rejimi;
  • Əmək haqqı: NET 800 azn (nahar şirkət tərəfindən təmin olunur)

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə "Logistika üzrə mütəxəssis" yazmaqla e-mail ünvanına göndərə bilərlər.