Mağaza koordinatoru

  • Baku Digital MMC
  • Elanın qoyulma tarixi: 17.12.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Barkod Electronics  Mağaza koordinatoru vəzifəsi üzrə vakansiya elan edir.

Elanın təsviri

  • Son tarix:   17.12.2025
  • Ərazi: Xudat
  • Yaş: 25 - 40 yaş
  • İş rejimi:Tam iş günü (6 gün)
  • Müqavilə: Əmək müqaviləsi

Xüsusi tələblər:

  • Ali təhsil;
  • Müxtəlif məhsul kateqoriyalarının (elektronika, məişət texnikası, ev üçün əşyalar və s.) satışı üzrə minimum 1 illik iş təcrübəsi;
  • Azərbaycan dilini əla səviyyədə bilmək.
  • Şifahi və yazılı olaraq yüksək ünsiyyətqurma bacarığı;
  • Aktiv satış bacarığı;
  • Yüksək inandırıcılıq qabiliyyətinə sahib olmaq;
  • Problemləri effektiv şəkildə həll etmək;
  • Gərgin iş qrafikində işləmək və stresə davamlılıq.

Vəzifə təlimatı:

  • Mağaza heyətinin daxili nizam-intizam qaydalarına və iş keyfiyyətinə riayət olunmasının təmin edilməsi;
  • Satışın effektiv həyata keçirilməsinin təmin edilməsi;
  • Qoyulmuş satış hədəflərinə çatmaq üçün müvafiq tədbirlərin görülməsi;
  • Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Mağaza daxilində yaranan texniki və digər maddi vəsaitlərlə bağlı problemlərin həll edilməsi üçün müvafiq struktur bölmələrinin məlumatlandırılması;
  • Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim olunması;
  • Mağaza daxilində satış və istifadə üçün olan maddi vəsaitlərə nəzarətin edilməsi.

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini qeyd edilmiş elektron poçt ünvanına mövzu hissəsində “Mağaza koordinatoru (Xudat)” qeyd etməklə yönləndirmələri xahiş olunur. 

Baku Digital MMC tərəfindən digər vakansiyalar