İşin təsviri
Vəzifə öhdəlikləri:
İşiniz nədən ibarətdir?
- Daşınma və satış qiymətlərini müəyyən etmək üçün rəqabətin və tələb və təklifin qiymətləndirilməsi;
- Potensial satış bazarının və müştəri auditoriyasının müəyyən edilməsi;
- Tenderlərin axtarışı və araşdırılması;
- Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analiz edilməsi;
- Dövrü (aylıq və rüblük) hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi;
- Müştərilərlə münasibətlərin yüksək səviyyədə qurulması, məhsullar haqqında ətraflı məlumatların təqdim edilməsi;
- Məlumatların CRM/ERP sisteminə daxil olunması
- Cəlb olunmuş müştərilərlə sıx telefon danışıqları (məmnuniyyət və təkliflərinin alınması) və ödəmələrinin izlənilməsi.
Tələblər:
Sizdən nə tələb olunur?
- Logistika sahəsi üzrə biliklərinin olması mütləqdir;
- Satış və logistika üzrə minimum 1 il iş təcrübəsi;
- Korporativ satış üzrə təcrübə olması üstünlükdür;
- Dil bilikiləri : Azərbaycan dili – səlis, Rus dili və ya İngilis dilinin olması üstünlükdür;
- Yüksək səviyyədə ünsiyyət bacarığı;
- Task menecment və CRM sistemi ilə işləmə bacarığı;
İş şəraiti:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
- Korporativ nömrə ilə təmin edilmə
- 6 günlük iş qrafiki (Həftəiçi 09:00-18:00, Şənbə günü növbəli iş rejimi 10:00-13:00)
- Əmək haqqı : Müsahibə əsasında təyin olunacaq.
- Ünvan – Əhməd Rəcəbli 27b
Müraciət üçün elektron poçt ünvanına “Logistika üzrə satış mütəxəssisi” başlığı ilə CV -lərinizi göndərə bilərsiniz.