İnsan Resursları üzrə Köməkçi

  • Aral Group Baku
  • Elanın qoyulma tarixi: 02.12.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İnsan resursları departamentinə dəstək göstərmək.
  • İşçi heyəti ilə əlaqəli gündəlik işlərin idarə olunması, sənədlərin hazırlanması və müvafiq məlumatların sistemdə qeydiyyatı.
  • İşə qəbul, işə qəbuldan sonrakı təlimatlar və sənəd tələbləri üzrə dəstək vermək.
  • İşçi məlumatlarının mütəmadi olaraq yenilənməsi və saxlanılması.
  • Əmək haqqı, sosial təminatlar və digər hüquqi məsələlər üzrə məlumatların toplanması və sənədləşdirilməsi.
  • Əməkdaşların məzuniyyətləri, icazələri və digər qeydləri ilə bağlı məlumatların izlənməsi.
  • Şirkət daxilində daxili kommunikasiyanın dəstəklənməsi və işçilərin ehtiyaclarına uyğun məlumatların təmin edilməsi.
  • Şirkət daxili tədbirlərin (təlimlər, seminarlar və s.) təşkilində iştirak.

Tələblər:

  • Ali təhsil
  • İnsan resursları sahəsində təcrübə (üstünlük verilir)
  • EMAS haqqında biliklər
  • Excel və digər ofis proqramlarında yaxşı biliklər.
  • Yüksək ünsiyyət qabiliyyətləri və komandada işləmə bacarığı.
  • Təqdimat, təşkilatçılıq və vaxt idarəetməsi bacarıqları.
  • Yüksək məsuliyyət və detallara diqqət.
  • Azərbaycan dilində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı 

Müraciət:

Zəhmət olmasa, CV-nizi mövzu hissədə vakansiyanın adını qeyd etməklə elektron poçt adresinə göndərin.

İşəgötürənin reytinqi