Aral Group Baku


ARAL GROUP şirkətinin bünövrəsi 1991-ci ildə Konyada qoyulmuş, əsasən idxalat, ixracat və inşaat sektorunda fəaliyyətə başlamışdır.

İdarə Heyətinin Sədri Cənab Ahmet Çetinin liderliyində mənimsənilən uzaqgörən vizyon və yenilikçi şüur, bu paraleldə inkişaf edən təşkilati quruluş və nail olunan performans səviyyəsi ilə qısa bir müddət ərzində istər yerli, istərsə də beynəlxalq sferada xüsusilə inşaat və ticarət sahəsində mühüm yerlərə çatmışdır. 1990 - 2000-ci illərdə, Türk İqtisadiyyatında yaşanan inkişafa paralel olaraq, ARAL GROUP, beynəlxalq platformalardakı fəaliyyətlərini, reallaşdırdığı Mühəndislik-Tədarük-İnşaat əsaslı "Açar Təhvili" layihələr ilə xüsusilə Azərbaycan Respublikasına daxil olmuş və əldə olunan müvəffəqiyyət səviyyəsi ilə Beynəlxalq Türk Podratçılar arasında layiq olduğu üstün mövqeyi qazanmışdır.

Bakı şəhərinin mərkəzində inşası tamamlanıb sakinlərin xidmətinə təqdim olunan Roseville Premium Residence yaşayış kompleksi Aral Group-un şəhərimizə töhvələrindən biridir. Ayrıca Bakı-Sumqayıt yolu üzərində layihələndirilən "Greenville Residence" və Sumqayıt şəhərinin əsas küçələrindən biri olan Sülh prospektində "Şəhər içərisində şəhər" şüarı ilə inşası tamamlanmış "Sumqayıt Bağça Şəhər" də Aral Group-un investisiyaları hesabına həyata keçirilmişdir.

Bundan başqa Bakı şəhərinin bir çox bölgələrində müxtəlif çoxmərtəbəli yaşayış binaları, villalar, iş mərkəzləri, dövlət əhəmiyyətli binalar da inşa olunaraq təhvil verilmişdir.

Hazırda “Aral Group” tikinti və ticarət olmaqla əsas 2 sahədə fəaliyyət göstərən doqquz şirkətdən ibarətdir. “Aral Group”-un özək şirkəti olan “Aral Qrup” MMC ilə yanaşı qrupa “İnkom” MMC, “Elif” MTK, “Esra” MMC, “Babək İnşaat” MTK və “Falez” MMC də daxildir.

“Aral Qrup” MMC fəaliyyətə başladığı 2004-cü ildən bu günə qədər, 18.000 m² tikinti sahəsindən ibarət olan “Cıdır Rezidans”, 37.000 m² tikinti sahəsindən ibarət olan “Jalə Rezidans”, 70.000 m² tikinti sahəsindən ibarət olan “Yaşıl Vadi” mənzilləri və 36.740 m² tikinti sahəsindən ibarət olan “Qızıl Açar Rezidans” kimi lüks mənzil layihələrini uğurla tamamlamışdır. “İnkom” MMC 2008-ci ildən bu günə qədər tamamilə “Aral Group” tərəfindən maliyyələşdirilmiş 30.000 m² sahə üzərində dəbdəbəli və ağıllı mənzillərdən ibarət olan “Roseville Premium Rezidans” layihəsini müvəəqiyyətlə təhvil vermişdir. “Babək İnşaat” MTK 2007-2010-cu illər ərzində, 55.000 m² tikinti sahəsinə malik 17 mərtəbəli, 3 blokdan ibarət “Babək Plaza”

layihəsini həyata keçirmişdir. “Esra” MMC də öz növbəsində 2008-2009-cu illər ərzində 17.000 m² tikinti sahəsinə malik 6 mərtəbəli, 3 blokdan ibarət “Esra Plaza” layihəsini uğurla tamamlamışdır. “Falez” MMC isə 2007-2009-cu illər ərzində 36.740 m² tikinti sahəsindən ibarət olan “Damla Rezidans” və 4.500 m² tikinti sahəsinə malik “Yusuf Plaza” layihələrini təhvil vermişdir.

İşəgötürənin reytinqi

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?