İşin təsviri
İş barədə məlumat:
- İş yeri - Hacıqabul şəh;
- Müştəri bazası ilə mütəmadi əlaqə saxlamaq və müştəri məmnuniyyətini təmin etmək;
- Müştərilərin borclarını izləmək, ödənişlərin vaxtında alınmasını təmin etmək və gecikmiş ödənişlər üçün xəbərdarlıqlar göndərmək;
- Müştəri problemlərini dinləmək və onların həlli üçün operativ və effektiv tədbirlər görmək;
- Müştəri şikayətləri ilə bağlı məsələləri həll etmək və müştərilərin ehtiyaclarını nəzərə alaraq həll yolları təklif etmək;
- Satış əməliyyatlarının düzgünlüyünü təmin etmək, müştəri əməliyyatlarını izləmək və müvafiq sənədləri hazırlamaq;
- Müştərilərlə düzgün ünsiyyət qurmaq, borc xatırlatmaları və ödəniş planları hazırlamaq;
- Hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək, müştəri borcları və ödənişlər barədə məlumat vermək;
- Müştəri əlaqələrini gücləndirmək və mövcud müştəri bazasını genişləndirmək üçün təkliflər təqdim etmək.
- 6 günlük iş rejimi və həftədə bir gün istirahət;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Servis mövcüddur ( Hacıqabul,Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir );
- Əmək haqqı : Müsahibə əsasında.
Tələblər:
- Orta ixtisas və ya Ali təhsil (arzu olunandır )
- Satış və müştəri xidməti sahəsində ən azı 2 il iş təcrübəsi (quşçuluq və ya qida məhsulları sahəsində təcrübə üstünlükdür);
- Borc idarəetməsi və müştəri hesablarının izlənməsi sahəsində təcrübə;
- Yüksək ünsiyyət və müştəri xidmətləri bacarıqları;
- Problem həlli və müştəri şikayətləri ilə işləmə bacarığı;
- Analitik düşüncə və detallara diqqət;
- Komanda ilə işləmə bacarığı və təşəbbüskarlıq;
Əgər bu vəzifəyə uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi və əlaqə məlumatlarınızı qeyd edilmiş elektron poçta göndərin.