Mağaza müdiri

İşin təsviri

İşin təsviri:

  • Mağazanın xərcini, stokunu və sifarişlərini nəzarətdə saxlamalı, doğru idarə etməli, düzgün qərarlar verməlidir.
  • Satış hədəfinə çatmaq üçün xərclərin, stokun, satışların, sifarişlərin optimallaşdırma sistemlərini doğru idarə etməlidir.
  • Satış komandasını motivasiya etməli, müştəri məmnuniyyətini üst səviyyədə tutaraq hədəfə çatmalıdır.
  • Rəqiblər barəsində, rəqiblərin məhsul və qiymət siyasəti barəsində ətraflı məlumat toplamalı və buna uyğun təkliflər hazırlayıb rəhbərliyə təqdim etməlidir.
  • Tabeçiliyində olan işçilərin müraciətlərini, təklif və şikayətlərini dinləməli, onları səlahiyyətləri çərçivəsində həll etməli, səlahiyyətlərini aşan məsələlər barəsində tabe olduğu rəhbərinə yazılı müraciət etməlidir.
  • Müştərilərlə nəzakətli rəftar edilməsi, müştərilərin məhsullarla ətraflı tanış olmasına şəraitin yaradılmasını təmin etməlidir;

Namizədə dair tələblər:

  • Ali təhsilli olmalı;
  • Yaş həddi: 25-45 yaş aralığı;
  • Pərakəndə Satış sektorunda ən azı 3 il iş təcrübəyə sahib olmalı;
  • Məsuliyyətli, yüksək ünsiyyət və özünü ifadə etmə bacarığı olmalı.

Əmək şəraiti:

  • Əmək haqqı 2000 - 2500 + %
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Növbəli iş qrafiki ilə 6 günlük iş rejimi
  • AR Əmək məcəlləsinə uyğun sənədləşmə

West Product Marketing MMC tərəfindən digər vakansiyalar