İnşaat layihələri üzrə koordinator

  • Minera MMC
  • Elanın qoyulma tarixi: 25.11.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

     Vəzifə öhdəlikləri:

  • Podrat müqavilələrinin bağlanmasında birbaşa iştirak etmək və texniki şəhadətnamələrin tətbiqinə nəzarət etmək;
  • Layihədəki Briqadaların hesabatlarının və iş həcmlərinin analizi və rəhbərliyə təqdim olunması;
  • Sahədən göndərilən Günlük hesabat formalarının analizi və rəhbərliyə təqdim olunması;
  • Layihə ilə bağlı texniki problemlərin həlli üçün Sifarişçi ilə birbaşa müzakirələrin aparılması;
  • BOQ-lərin hazırlanması;
  • Sifarışçilər tərəfindən təqdim olunan smeta sənədləşməsini, material, nəqliyyat sxemlərinin və s. dəyərlərin kalkulyasiyasını yoxlayıb razılaşdırmaq;
  • Əsaslı tikinti üzrə işlərin görülməsini, investisiya resurslarından məqsədəuyğun və səmərəli istifadəni təmin etmək;
  • Sifarişçilərin və normativlərin tələblərinə uyğun olaraq, tabeliyində olan müəssisələr və layihələrin anoloji şöbələrinə vaxt-vaxtında işçi sənədlərin, işlərin ardıcıl aparılması layihələrinin, aparılmış işlərin qeydiyyatı jurnallarının, zəruri olan digər sənədlərin və xüsusiləşdirilmiş jurnalların  təqdim olunmasını təşkil etmək;
  • İnşa edilən obyektlərin qüvvədə olan qanunvericilik aktları çərçivəsində texniki tapşırıqlara, dövlət standartlarına, tikinti norma və qaydalarınin tələblərinə, təhlükəsizlik texnikasına uyğunluğunu təmin etmək;
  • İş proqramına uyğun olaraq, öhdəliyə götürülmüş inşaat layihəsini vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq  icra etmək və layihənin əvvəldən axıra kimi koordinasiyasını təmin etmək;
  • Tikinti işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə, texnoloji xəritələrə, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun aparılmasına nəzarət etmək;

Namizədə olan tələblər:

  • 6 günlük iş həftəsi, iş rejimi 09:00-18:00 (iş vaxtı işlərin mövcud statusuna görə olacaqdır)
  • Tikinti sahəsində ali təhsil ( sənayə və mülki tikinti, tikinti iqtisad fakültəsi və s.)
  • Müvafiq sahə üzrə minimum 5-10 il iş təcrübəsi.
  • Ofis proqramlarını, AutoCad, AutoCad Civil 3D proqramlarını bilmək;
  • Effektiv ünsiyyət, çeviklik, məsuliyyətlilik, intizamlıq.
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.
  • Yüksək təşkilatçılıq bacarıqları;
  • Layihələrin idarə edilməsi təcrübə.
  • Azərbaycan dilində səlis danışıq.
  • Analitik düşüncə.
  • Yalnız kişi namizədlər.

Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən müsahibə zamanı müəyyən ediləcəkdir.

Müsahibə götürəcək şəxsin əlaqə nömrələri +994506000646  +994502502792

Email: [email protected]