İşin təsviri
Nə təklif edirik?
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta; (ailə paketi)
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
- İşçinin inkişafı üçün təlim, tədris proqramları.
İşin təsnifatı:
- Briqada üzvlərinin əmək və istehsalat intizamına, təhlükəsizlik texnikası təlimatlarına riayət etmələrinə nəzarət etmək;
- Daima işə başlamazdan əvvəl iş yerlərinin vəziyyətini, təhlükəsizlik qaydalarının tələblərinə uyğun olmasını, avadanlığın, alətlərin, çəpərlərin, keçidlərin, pilləkənlərin və başqa hündürdə işləmək üçün lazım olan vasitələrin işə yararlığını və sazlığını yoxlamaq;
- Görüləcək işlərin xüsusiyyətindən asılı olaraq işçiləri sahələrdə yerləşdirir, onlara görəcəkləri işin ardıcıllığı haqqında izahat vermək;
- Yeni işə qəbul olmuş fəhlələri təhlükəsiz işləməyə, mühafizə və xilasedici vasitələrdən istifadə etmə qaydalarını öyrətmək;
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Tikinti, təmir və MEP işləri üzrə biliklərin olması;
- Layihələrin hər birini incələməyi və yerində doğru icra edildiyinə nəzarət etməyi bacarmaq;
- Layihələrin tikinti qaydalarına uyğun tərtib olunub-olunmamasına texniki rəy vermək;
- Tikinti sahəsi ərazisinin təmizliyinə nəzarət etmək, sahədən çıxan tullantıların çeşidlənərək xüsusi ayrılmış yerlərə daşınmasını təmin etmək;
- Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək;
- Tikinti materiallardan düzgün və qənaətlə istifadə olunmasına nəzarət etmək, sərfiyyatın minimum səviyyəyə endirilməsi üçün tədbirlər həyata keçirmək.
Tələblər:
- Ali təhsil (Tikinti sahəsi üzrə);
- Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
- Tikinti sahəsində nəzəri və praktik biliklərinin olması;
- AutoCAD proqramını bilmək arzuolunandır.
- MS Office proqramlarında işləmək bacarığı;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri : Şamaxı şəhəri
- İşçi yaşayış yeri, qidalanma və telefon danışığı ilə təmin edilir.
CV-lərinizi “Tikinti üzrə supervisor” başlığı altında qeyd edilmiş elekton poçt ünvanına göndərə bilərsiniz.