SƏTƏM üzrə mütəxəssis

  • Qafqaz Vvood MMC
  • Elanın qoyulma tarixi: 19.11.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • İş yerlərində əməyin mühafizəsinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
  • İş yeri sahələrinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırılmasını təşkil etmək. 
  • Bədbəxt hadisələrin təhqiq olunmasında iştirak etmək .
  • İş yerlərində əməyin təhlükəsizliyi üzrə nişanların (xəbərdaredici,göstərici və s.) və lövhələrin siyahısını tərtib etmək.
  • Əməyin təhlükəsizliyi üzrə təlim proqramının təşkilində iştirak etmək və təsdiq olunmuş proqram üzrə işçilərə  təlimlər keçmək;
  • İşçilər və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət etmək;
  •  İstehsalat sahələri üçün əməyin mühafizəsi məsələlərinə aid normativ texniki sənədlərin alınması üçün tələbnamə tərtib etmək;
  • Struktur rəhbərlərinin işçilərə ilkin və təkrar təlimat keçmələrinə nəzarət etmək, təlimatların qeyd jurnallarının vəziyyətini yoxlamaq;
  • Əməyin və ətraf mühitin mühafizəsi norma və qaydaları üzrə aşkar etdiyi pozuntuların aradan qaldırılması barədə bütün vəzifəli şəxslərə və mütəxəssislərə icrası məcburi olan göstərişlər vermək.

Namizədə dair tələblər:       

  • Təhsil səviyyəsi: Ali texniki təhsil
  • İş təcrübəsi: müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • Müvafiq qanunvericilik aktları və normalarını üzrə biliklər;
  • Fhn-in də şəhadətnaməsi vacibdir;
  • Müvafiq sahə üzrə Sertifikatlar arzuolunandır;
  • Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqlarıMəsuliyyətli, çevik, stressə dözümlülük səriştələri

Təklif edirik:

  • İş qrafiki: 6 günlük (6-cı gün qısaldılmış)
  • Əmək haqqı: 700 AZN (Başlanğıc)
  • Yaxşı iş mühiti və peşəkar komanda
  • AR-nın ƏM uyğun işə qəbul

Ünvan: Binəqədi rayon, Biləcəri qəs, Binəqədi şos, 8F