Sahə memarı

  • ModulX
  • Elanın qoyulma tarixi: 14.11.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 İş barədə məlumat:

  • Tikinti layihələrinin memarlıq hissəsinin planlaşdırılması və icrasına nəzarət etmək.
  • Layihə çərçivəsində memarlıq işlərinin koordinasiyası və layihə tələblərinə uyğun icrasının təmin olunması.
  • Tikinti sahəsində memarlıq işlərinin keyfiyyətinə nəzarət etmək və standartlara uyğunluğunu təmin etmək.
  • Layihə əsasında detallı rəsmlərin və texniki sənədlərin hazırlanmasına nəzarət etmək.
  • Sahə üzrə memarlıq və dizayn məsələlərinin həllini təmin etmək və işlərin layihə çərçivəsində irəliləməsini dəstəkləmək.
  • Layihə icrasında yaranan memarlıq problemlərinin vaxtında həll edilməsi.
  • Müxtəlif tikinti mərhələlərində memarlıq dəyişikliyi və təkliflərin verilməsi.
  • Gündəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • Layihədə iştirak edən müxtəlif komanda üzvləri, mühəndislər və podratçılarla sıx əməkdaşlıq etmək.

Tələblər:

  • Memarlıq ixtisası üzrə ali təhsil.
  • Sahə memarı və ya oxşar mövqedə minimum 3 il iş təcrübəsi.
  • Layihə oxuma və memarlıq rəsmlərini hazırlama bacarığı.
  • İnşaat materialları və texnologiyaları haqqında məlumatlılıq.
  • AutoCAD, Revit, SketchUp və digər memarlıq proqramları ilə iş təcrübəsi.
  • Yaradıcı düşüncə və detallara diqqət yetirmək qabiliyyəti.
  • Güclü kommunikasiya və komanda ilə işləmə bacarıqları.
  • Problemlərin həlli və analitik düşüncə qabiliyyəti.

İş şərtləri:

  • İş günləri: 6 günlük iş qrafiki
  • Nahar fasiləsi: 13:00 -14:00
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq

CV-lərin elektron poçt ünvanına mövzu yerində "Sahə memarı” başlığı yazmaqla göndərilməsi xahiş olunur.

Qeyd: Tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.