İşin təsviri
Vəzifə öhdəlikləri:
- Təsdiq edilən tələblərin əsasında satınalma sifarişlərinin (PO) hazırlanıb icra edilməsi
- Sifarişlərin statusunu mütəmadi olaraq izləmək və müvafiq hesabatlarda qeyd etmək.
- Satın alınmış malların vaxtında təhvil-təslim edilməsini təşkil etmək, tələbə uyğun müəyyən etmək və qeydiyyatını aparmaq.
- Sifariş edilən mal və avadanlığın anbara logistikasını təşkil etmək.
- Mövcud siyahısında göstərilən və həmçinin yeni yerli və xarici şirkətlərdən təkliflər almaq, dəyərləndirmək, təkliflərin dəyərləndirilməsi hesabatları (müqayisə cədvəlləri) tərtib edərək müqayisəli şəkildə ən sərfəli qiymət və şərtlərlə təklifləri müəyyən etmək və müdiriyyətin təsdiqinə göndərmək.
- Beynəlxalq Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika sahəsində xarici əlaqələrin təşkili;
- Elektron maillər vasitəsilə şirkət siyasətinə uyğun qaydada yazışmalar aparmaq;
- Yük nəqliyyat qaimələrinin (daxili və xarici daşınmalarla bağlı) geri dönüş qeydiyyatını aparmaq, həftəlik və aylıq hesabat hazırlamaq
- Ölkə daxili və ölkə xarici göndərişlərinin rəsmiləşdirilməsində iştirak etmək və dəstək funksiyasını yerinə yetirmək
- İxrac əməliyyatının təşkili bəyannamə, mənşə sertifikatının alınması, kimi prosseslərin təşkili
- Müqavilələr üzrə həm mal axını, həm ödəniş tərəfinin detallı hesabatını hazırlamaq və rəhbərliyə təqdim etmək;
Tələblər:
- İş təcrübəsi 3 il-dən artıq
- Dil bilikləri: Azərbaycan dili, İngilis dili, Rus dili
- Ofis proqramları bilməli, 1C və sair.
- Bu işdə təcrübəli olanlara üstünlük veriləcək.
- Məsuliyyətli, çevik, korporativ qaydalarına riayət etməli.
İş məlumatları:
- İş həftədə 5 gün
- Şənbə və bazar-istirahət günləri
- İşçi ARƏM uyğun işə qəbul olunacaq
- Əmək haqqı namizədin iş təcrübəsinə əsas olaraq təyin ediləcək.
- İş yeri Saray-Masazır 1.5 km yerləşir.
- Şirkət nəqliyyatla və naharla təmin edir.
Müraciət üçün elektron ünvanına Şəkilli CV-nizi göndərin.
Müraciət zamanı mövzu hissəsində Logistia üzrə aparıcı mütəxəssis vəzifənin adını yazın.