İşin təsviri
İş yeri: Bakı şəhəri, Nəsimi rayonu
Cinsi: qadın- kişi
İş qrafiki: 6 günlük iş həftəsi, növbəli qrafik
Əmək haqqı: 800-1500 azn
Vəzifə öhdəlikləri:
- Dərman preparatları və tibbi ləvazimatların satışı prosesinin həyata keçirilməsi
- Aptekə gələn malların yoxlanılması, tərkiblərinə uyğun tələb olunan qaydada yerləşdirilməsi
- Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət edilməsi
- Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət edilməsi və s.
- Həkimlərin tələbnamə və təyinatlarının qəbul edilməsi
Namizəddən tələblər:
- Tibbi təhsil (Ali və ya orta ixtisas)
- Müvafiq sahədə iş təcrübəsi
- Diqqətli, məsuliyyətli, dürüst və cəld
- Komandada işləmək bacarığı
- Müştəri ilə ünsiyyət qurmağı bacarmalı
- Dil bilikləri olanlara üstünlük veriləcək
Namizədlər öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.