İşin təsviri
İş yeri: Saatlı rayonu
Əmək haqqı: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Orta ixtisas və ya ali təhsil
- Sahə üzrə 3 il iş təcrübəsi
- MS office proqramlarını bilməli
- Texniki təhlükəsizlik qaydalarını bilməli
- Anbar təsərrüfatının təşkilinə aid olan normativ sənədləri bilməli
- Mal-material qiymətlilərinin yerləşdirilməsi qaydalarını bilməli
İşin təsviri
- Mal-material qiymətlilərinin anbara qəbulu, buraxılması, yenidən geri alınması və onların mühafizəsi;
- Anbar sahəsindən səmərəli istifadə etmək üçün mal-materialın düzgün yerləşdirilməsi;
- Lazım olan material və inventarın təcili tapılmasının təşkili;
- Rəsmiləşdirilmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsi;
- Anbarda yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına nəzarət edilməsi;
- Avadanlığın və inventarın vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi;
- Əmtəə-maddi sərvətlərinin inventarlaşmasının aparılması;
- Müəyyən olunmuş hesabatın tərtib edilməsi.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV elektron poçt ünvanına göndərilməlidir;
- Mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (Saatlı RMX – anbar bölmə müdiri) qeyd olunmalıdır;
- CV-lər 20.11.2024-cü il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin sənədləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.