Mexanik

İşin təsviri

ATKİNS şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyi.

Vəzifənin adı: Mexanik

İş yeri: Bakı, Azərbaycan

Yaşı və cinsi: 25-45, kişi

Əsas vəzifə öhdəlikləri:

• Mexanika işləri üzrə bütün sistemə: qazanxana, soyuq su, isti su, istilik sistemi, havalanma, suvarma sistemi və s. vaxtaşarı texniki baxış keçirməlidir.
• Birinci bənddə qeyd olunan sahələr üzrə tələb olunan prosedurlara müvafiq olaraq lazım olan hallarda əməliyyat işlərinin yerinə yetirməlidir.
• Mexanika işləri üzrə istismar zamanı yarana bilən müəyyən təmir işlərini yerinə yetirməli və ya təşkil etməyi bacarmalıdır.
• İstismar zamanı yarana bilən hər hansı qəza vəziyyətinin vaxtında qarşısını almağı bacarmalıdır.
• Ərazidə aparılan tikinti işləri zamanı ona tapşırılan işləri yerinə yetirməyi bacarmalıdır.
• Qeyd olunan işlərlə əlaqədar baş mexaniklə məsləhətləşməlidir və hesabat verməlidir.
• Müəssisənin ümumi qanunlarına və təhlükəsizlik qaydalarına əməl etməlidir.

Tələb olunan peşə-ixtisas səviyyəsi:

• Əsas təhsili: Ali/ natamam ali / otra
• Əlavə təhsili: Işlədiyi ixtisas üzrə sertifikatlar, işci dərəcəsi
• İxtisası üzrə iş təcrübəsi: ən azi 2 il başqa mexaniki sahələrdə 5 il
• İdarəetmə təcrübəsi: sərbəst və düzgün qərar vermə qabliyyəti

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (foto şəkil ilə)  [email protected] elektron poçtun ünvanına göndərə bilərlər.

ATKİNS şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən digər vakansiyalar