Ağdaş filialı Marketinq İşçisi

İşin təsviri

“İnkişaf üçün Maliyyə” MMC Bank Olmayan Kredit Təşkilatı AĞDAŞ filialı üçün MARKETİNQ İŞÇİSİ vəzifəsinə işçi qəbulu elan edir.

Tələblər:

• İqtisadiyyat (biznes, marketinq, idarəetmə) eləcə də, ictimaiyyətlə əlaqələr və ya uyğun sahələrdən birində bakalavr təhsili;
• Marketinq və bazar araşdırması, biznesin planlaması, analitik tədqiqat aparılması üzrə ən azı nəzəri və ya baza bilikləri;
• Kreditləşdirmə üzrə ümüumi məlumatlara malik olması;
• Sərbəst və özünəinamlı şəkildə peşəkar ünsiyyət qurmaq, insanları inandırmaq və müştəri olaraq cəlb etmək bacarığı;
• Aktiv və sahə işinə meyilli;
• Kompüterdə işləmək bacarığı;
• Əla Azərbaycan dili biliyi (hər hansı xarici dil bilməsi əlavə üstünlükdür, lakin vacib deyildir);

Marketinq işçisinin əsas işləri aşağıdakılardan ibarət olacaqdır:

• Filialın fəaliyyət göstərdiyi kəndlərdə potensial müştərilərin kreditlər, faizlərin hesablanması, kredit götürmək üçün lazım olan sənədlər və kreditə uyğunluq kriteriyaları haqqında məlumatlandırmaq;
• Maliyyə savadlılığının və büdcə idarəetməsi biliklərinin artırılması;
• Müəssisənin kredit şərtləri, müxtəlif sahələrin və fəaliyyətlərin kreditləşdirməsi üçün spesifik tələblərin potensial borcalanlara izah edilməsi, onların suallarının dolğun cavablandırılması.

İşə başlamaq üçün:

• Seçilmiş namizədlərə intensiv marketinq və satış təlimləndirilməsi aparılacaqdır;
• Öz işlərini və vəzifələrini həyata keçirmək üçün lazım olan texniki təchizatla təmin ediləcəklər.

Xüsusi Qeydlər:

1. Ərizələrin (CV-lərin) qəbulu 15  İyul 2014-cü il tarixinədək davam edir.
2. Sizin üçün arzuedilən əmək haqqını göstərməklə, ərizənizi [email protected] ünvanına göndərin.
3. Ərizələri e-poçt ünvanımıza göndərərkən mövzu yerinə müvafiq rayon üzrə "Ağdaş filialı Marketinq İşçisi" yazmağınız xahiş olunur. Əks halda müraciətinizə baxılmayacaq.
4. Filialın yerləşdiyi ərazini daha yaxşı tanıyan şəxslərə üstünlük veriləcəkdir.