Logistika üzrə mütəxəssis

İşin təsviri

Təsvir: 

  • Beynəlxalq Logistika əməliyyatlarının yerinə yetirilməsi və logistika sahəsində xarici əlaqələrin təşkili;
  • Daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, daşınması, yerləşdirilməsi, saxlanılması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət;
  • Ekspeditorlarla əlaqə, göndərən haqqında məlumatların ötürülməsi, yükləmə tarixinə uyğunluğun monitorinqi, nəqliyyat vasitələrinin yerləşməsi üçün sorğu.yaradılması
  • Daşınma xərci, sığorta və gömrük rüsumları barədə məlumatların müəyyən olunması və ödənişlərin vaxtında icrasına nəzarət;
  • İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatları hazırlamaq və prosesə nəzarət etmək;
  • Nəqliyyat və gömrük sənədləri ilə bağlı bütün zəruri icazələrin hazırlanması;
  • Gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması, vaxtında təqdim edilməsi (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) üçün müraciətin edilməsi və gömrük sistemində bəyannamələrin hərəkətinə nəzarət
  • Malların daxil olma cədvəli və onların dəyəri barədə maliyyə menecerinə hesabat vermək;
  • Yeni ekspeditorlarla müqavilələrin bağlanması.
  • Yeni tərəfdaşların axtarışı
  • Uyğunluq sertifikatlarının alınması üçün sənədlərin hazırlanması və göndərilməsi.
  • Sığorta şirkətlərinin tələb etdiyi sənədlərin dövlət orqanlarından tələb edilməsi;
  • Rəhbərliyin tələbi ilə həftəlik və aylıq hesabatların göndərilməsi

Namizədə dair tələblər:

  • Ali təhsil
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan, İngilis və Rus dillərini bilməsi;
  • Daxili və xarici daşımalar üzrə biliklər;
  • Gömrük bəyannaməsi haqqında minimum biliklər;
  • İdxal-ixrac əməliyyatlarında sənəd dövriyyəsi üzrə biliklər.

İş şəraiti:

  • Həftədə 5 gün 09:00 - 18:00, şənbə 10:00-14:00, növbə ilə.
  • Ünvan: Gold City, Ziya Bünyadov, Bakı
  •  Əmək haqqı: Müsahibə nəticələrinə və namizədlərin təcrübəsinə görə müəyyən olunacaq.

 

ASE Asya Afrika Hızlı Kargo ve Dağıtım AS. tərəfindən digər vakansiyalar