İşin təsviri
Vəzifə öhdəlikləri:
- Elektrik və zəif axın sistemlərində kabel ilə işləmək bacarığı;
- Drel perforator ilə işləmə bacarığı;
- Kabel tavasında, divarda və yerdə boru içində və ya borusuz kabellərin çəkilişində dəstək göstərmək;
- Şirkət tərəfindən təmin edilən nəqliyyat vasitəsi ilə marşrut xəttini düzgün tərtib etmək, malların vaxtında çatdırılmasını təşkil etmək üçün müəyyən bacarığa sahib olmaq;
- Malların təhlükəsiz və vaxtında çatdırılmasını təmin etmək;
- İstifadə etdiyi nəqliyyat vasitəsini yol hərəkəti qaydalarına uyğun qaydada düzgün, o cümlədən səliqəli istismar etmək;
- Yük maşınını nəzarətsiz qoymamaq və ehtiyac yaranarsa, avtomobilin təhlükəsizliyi təmin ediləcək dayanacaqlarda saxlamaq;
- Nəqliyyat vasitəsinin təmizliyinə, texniki baxışına daimi nəzarət etmək.
Tələblər:
- Sürücülük vəsiqəsi (BC kateqoriyası, mexaniki sürət qutusu və yük avtomobilini idarə edə bilən);
- Orta təhsil;
- Bakı şəhərini yaxşı tanımalı;
- Sürücülük üzrə ən azı 2 il və daha çox iş təcrübəsi;
- İşində dəqiq və məsuliyyətli olmalı;
- Yol hərəkəti qaydalarını yaxşı bilməli və riayət etməli.
İş şəraiti:
- İş yeri: Maştağa qəsəbəsi;
- İş vaxtı: 6 günlük iş rejimi;
- Yaş həddi: 23-50;
- Əmək haqqı: 650 AZN;
- Nahar ödənişi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sürücü texnik” yazaraq elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.