İşin təsviri
Vəzifə öhdəlikləri:
- Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə edir;
- Malların qeydiyyatında və ya qəbul olmasında hər hansı problem çıxdıqda məsul şəxsi məlumatlandırır;
- Malların anbarda yığım və düzülüşünün nizamlı şəkildə edilməsinə riayət edir;
- Anbarda mal və materialların müvafiq sistem ,ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin edir;
- Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin edir, istisnalar barədə dərhal məlumat verir;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil edir;
- Mal - materialları inventarizasiya təlimatına uyğun hazırlayır, təşkil edir və inventarizasiya prosesində iştirak edir;
- Köhnəlmiş, zərər görmüş və yararsız olmuş mal -materialları təyin edir və onlar barədə müvafiq izahatı bir başa rəhbərinə məlumat təqdim edir;
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparır;
- Rəhbərin digər tapşırıqlarını yerinə yetirir.
Tələblər:
- Ali və ya orta təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Orta səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
- Mükəmməl səviyyədə Azərbaycan dili, Rus dili arzuolunandır;
- Komandada işləmək bacarığı.
Əlavə məlumat:
- Əmək Qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirmə;
- I-V iş günləri;
- 09:00 – 18:00 iş saatları;
- Maaş əmək bazarına uyğun, namizədin bilikləri əsasında razılaşdırılacaqdır.
Maraqlanan namizədlərin cv-lərini “Anbardar başlığı altında [email protected] email ünvanına göndərmələri xahiş olunur.