Direktor

İşin təsviri

ASK Biznes Konsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyəti

Vəzifə: Direktor

Vəzifəyə olan tələblər:

 iqtisadi və ya hüquq sahədə ali təhsilinin olması;
 ən azı 3 il rəhbər vəzifədə iş təcrübəsi olmaqla, məsləhət və ya təlim xidmətləri sahəsində ən azı bir il iş təcrübəsi;
 Azərbaycan,  Rus dillərini əla səviyyədə, İngilis dilini yaxşı səviyyədə bilmək;
 Marketinq təhlili, müştəri cəlbetmə, cəmiyyəti müxtəlif platformlarda təmsil etmə bacarığı,
 planlaşdırma və təşkiletmə bacarığı;
 komanda yaratmaq qabiliyyəti;
 təqdimat bacarığı
 qarşısına qoyduğu məqsədə çatmaq qabiliyyəti;
 insanlarla tez ünsiyyətə girə bilmək qabiliyyəti;
 MC ofis tipli proqramlardan yüksək peşəkarlıqla istifadə etmək qabiliyyəti.

Vəzifələri/öhdəlikləri:

• Cəmiyyətin  strateji planının, illik büdcəsinin və hesabatının hazırlanmasını təşkil etmək;
• Cəmiyyətin  daxili reqlamentinin hazırlanmasını və təkmilləşdirilməsini həyata keçirmək;
• Qəbul olunmuş strateji planın,  büdcənin və daxili reqlamentin icrasını təşkil etmək;
• Cəmiyyətin  daimi işləyən komandasını formalaşdırmaq, onların səlahiyyət və vəzifələrini müəyyən etmək;
• Cəmiyyətin  təlimçilər və məsləhətçilər komandasını formalaşdırmaq;
• Cəmiyyətin  məhsul və xidmətlərinin yaradılmasını, onların tәşviq və satışını təşkil etmək;

• Biznes tərəfdaşlarla əlaqələr yaratmaq və inkişaf etdirmək;
• Cəmiyyətin  Müşahidə Şurasının qərarlarının icrasını təşkil etmək;
• Cəmiyyətin  müsbət imicini formalaşdırmaq;
• Cəmiyyətin  beynəlxalq əlaqələrini qurmaq və inkişaf etdirmək;
• Mərkəzə ümumi rəhbərliyi həyata keçirmək;
• Cəmiyyətin  uğurlu fəaliyyətini təmin etmək.

E-mail: [email protected]