Alüminium istehsalat zavodunun müdiri
İş barədə məlumat:
Müəssisənin ümumi fəaliyyətini istiqamətləndirir və əlaqələndirir.
İstehsalat planının tərtibi və tətbiqini həyata keçirir.
Rəhbərlik etdiyi struktur bölmələrinin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətini təşkil edir.Onların istehsalın yüksək inkişafı və təkmilləşdirilməsi sahəsində fəaliyyətlərini istiqamətləndirir.
Müəssisənin ixtisaslı kadrlarla təmin edilməsi, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsi, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaradılması, ətraf mühitin qorunması üzrə qanunçuluq tələblərinə riayət olunmasına şərait yaradır.
Müəssisəni digər müəssisələrlə (dövlət orqanları da daxil olmaqla) müqavilə bağlanmasında təmsil edir.
Müəssisənin bütün şöbələrinin idarəsini tabeçiliyində olan şöbə müdirləri vasitəsiylə həyata keçirir və ümumilikdə işin təşkilinə rəhbərlik edir.
Ehtiyac olduqda bütün qonaqlarla (yerli, xarici, dövlət məmurları, şirkət nümayəndələri) aparılan iş görüşmələrində rəhbər qismində iştirak edir.
Namizədə tələblər:
Aliminium sektorunun istehsalatında təcrübəli olmalı.
Ali təhsil
İdarəçilik kimi 3-5 il iş təcrübəsi
Ünsiyyət bacarığının yüksək səviyyədə olması
Yüksək səviyyədə məntiqi təfəkkür
Komandanı idarə etmək bacarığı
Şirkəti müvəffəqiyyətlə təmsil etmək qabiliyyəti
Əmək haqqı yüksəkdir və kandidatın bilik, bacarığına uyğun olaraq dəyişir.
Sizi öz kollektivimizdə görməyə şad olarıq!
Maraqlananlar cv-lərini (fotoşəkilli) [email protected] ünvanına göndərə bilərlər.