Debitor və kreditorlarla iş üzrə böyük mühasib

  • Socar Petroleum
  • Elanın qoyulma tarixi: 10.10.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Hesab faktura əsasında xərcləri SAP sistəminə daxil edilməsi
  • Hesab-faktura və alış sifarişlərinin işlənməsi zamanı yaranan problemləri araşdırmaq və həll edilməsi
  • Tədarükçülər/Müştərilər ilə üzləşmə aktların/hesabatların hazırlanması
  • Ayın bağlanması (Tranzit hesabları, səhv daxil edilmiş təxirə salınmış hesab-fakturalar və ödənilməmiş avans fakturaları təhlil edilməsi) 
  • Ayın bağlanmasına dair müvafiq müxabirləşmələrin verilməsini, hesabların üzləşdirilməsini və təhlil edilməsini təmin etmək 
  • Balans hesabatını müvafiq maraqlı tərəflərlə təhlil etmək 
  • Açıq avans ödənişlərini Müqavilələr/Təchizat və müvafiq tərəflərlə təhlil etmək 
  • Təqdim olunan məlumatlar (müqavilə, İD kart, bank məlumatları) əsasında sistem modullarında (yerli və xarici) tədarükçüləri yaradılması 
  • Nəzarət fəaliyyətinə və Baş Kitaba daxil edilən mühasibat yazılışlarına dair sənədləşmənin düzgün aparılmasını təmin etmək 
  • Müdiriyyət tərəfindən tapşırılan vəzifəsinə aid digər öhdəlikləri yerinə yetirmək
  • Daxili nizam-intizam qaydaları və iş prosedurlarına hörmətlə yanaşmaq və onlara riayət etmək
  • Şirkətin bütün siyasət və proseduralarına riayət etmək
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

  • İqtisadiyyat, mühasibat və ya maliyyə sahəsi üzrə ali təhsil
  • Mühasibatlıq və ya audit sahəsi üzrə ən azı 2 illik iş təcrübəsi

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

  • Sərbəst Azərbaycan. İngilis dili, Rus dili üstünlükdür;
  • Microsoft Office proqramlarının peşəkar istifadəçisi;
  • Analitik bacarıqlar 
  • Bir neçə tapşırığı eyni zamanda yerinə yetirmək və təzyiq altında işləmək bacarığı 
  • Prioritetləşdirmək bacarığı 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Socar Petroleum tərəfindən digər vakansiyalar