İşin təsviri
Namizədə tələblər:
- Ali təhsil;
- Yazılı və şifahi səlis Azərbaycan dili biliyi;
- Rus və ingilis dili biliyi üstünlükdür;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi və portfoliosunun olması;
- Dəqiqlik, məsuliyyətlilik, nəticə yönümlülük, kreativ düşüncə;
- Araşdırma və AI ilə işləməyi bacarığı;
Vəzifə öhdəlikləri:
- Kreativ kontent strategiyaların formalaşdırılması;
- Marketinq kommunikasiya strategiyasınına əsasən reklam, bloq məqalələri, məhsul təsvirləri, video ssenariləri və sosial media məzmunları daxil olmaqla müxtəlif marketinq materialları üçün yaradıcı və maraqlı mətnlərin hazırlanması;
- Müştəri məqsədləri, müştəriyə xas “tone of voice” və marketinq strategiyaları ilə uyğun yaradıcı və unikal məzmun ideyaları ərsəyə gətirmək;
- Müvəqqəti iş rejimində çevik olmaq;
- Bazar trendlərini və yenilikləri izləyərək, operativ şəkildə tətbiq etmək.
İş rejimi: Həftənin I-V günləri (ayda bir dəfə şənbə günü naharadək).
Əməkhaqqı: Namizədinin bilik və bacarıqlarına əsasən müsahibə zamanı təyin olunacaq.
Nə təklif edirik?
- Qısa müddətli, lakin maraqlı və yaratıcı layihədə iştirak;
- Professional inkişaf və portfolio üçün yeni imkanlar;
- Rəqəmsal və reklam sahəsində biliklərini genişləndirmək
Şirkət haqqında: 16 ildən çoxdur ki, fəaliyyət göstərən “Synergy Partnership” 360 dərəcə kommunikasiya xidmətləri təklif edir. Strateji kommunikasiyalar, PR, Marketinq, SMM, tədbirlərin təşkili sahəsində ölkənin qabaqcıl şirkətlərinin tərəfdaşıdır.
Maraqlanan namizədlər “mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə [email protected] mail ünvanına CV və portfoliolarını göndərərək müraciət edə bilərlər.