Satış məsləhətçisi

  • Santral
  • Elanın qoyulma tarixi: 15.06.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Satış məsləhətçisi

İş barədə məlumat:

Satış bölmə müdirinin göstərişlərinin vaxtında yerinə yetirilməsi.
Satış nöqtəsinin düzülüşünə, təmizliyinə xüsusi diqqət yetirilməsi.
Müştərilərlə rahat ünsiyyətin qurulması, onlara müəssisə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması.
Məhsul seçimində müştərilərə yardım edilməsi, lazımı məsləhətlərin verılməsi.
Şəxsi geyim və xarici görünüşünün şirkətin imicinə xələl gətirəcək şəkildə olmaması və geyim kodeksinə uyğun olması.

Namizədə tələblər:

Yaş həddi  20-35
Dil bilikləri- Azərbaycan və Rus dili əla səviyyədə, ingilis dili -orta səviyyədə
İş təcrübəsi 2-5 il
Müştərilərlə konsultasiya və satışın reallaşdırılması bacarığı
Çilçıraq və işıqlandırma sahəsində iş təcrübəsinin olması üstünlükdür.

Nahar şirkət tərəfindən verilir.

Maaş  400-600 AZN + %

Sizi öz kollektivimizdə görməyə şad olarıq!

Maraqlananlar cv-lərini  [email protected]  ünvanına göndərə bilərlər.