İşin təsviri
Vəzifə öhdəlikləri:
- Anbar daxilində yüklərin yüklənməsi və boşaldılması üzrə işləri təmin etmək;
- Malların boşaldılmasını, daşınmasını və müvafiq yerə düzgün yığılmasını təmin etmək;
- Anbara daxil olan malların qəbulu və anbardan çıxarılması zamanı sənədləşmənin düzgün olmasını təmin etmək;
- Anbardan çıxarılan malların yüklənməsini və sifarişçiyə çatdırılmasını təmin etmək;
- Anbara daxil olan mallara vizual baxış keçirmək və problem aşkarlandığı halda qeydiyyatını apararaq müvafiq qaydada məlumat vermək;
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
- Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını, saxlanılması rejiminə riayət etmək;
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
- Anbardakı işlər haqqında düzgün təhlil və müxtəlif hesabatlar hazırlamaq.
- Məsuliyyətində olan anbarın təmiz, səliqli və nizamlı qaydada saxlanılmasına nəzarət etmək.
Tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə 3 ildən yuxarı iş təcrübəsi
- Azərbaycan dili sərbəst, ingilis və rus dillərini bilmək üstünlükdür
- 1C ERP proqramında sərbəst şəkildə istifadə
- MS Office proqramlarında işləmək bacarığı
- Yaş həddi: 25-40
İş şəraiti:
- 6 günlük iş qrafiki
- Qidalanma şirkət tərəfindən qarşılanır
- Əmək haqqı razılaşma əsasında
- Ünvan: Qaradağ rayonu, Lökbatan qәsәbәsi
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] e-mail ünvanına göndərə bilərlər.