İşin təsviri
Vəzifə öhdəlikləri:
- Şöbənin effektiv şəkildə idarə edilməsini təmin etməklə, icra standartlarını şöbədaxili əməliyyatlara dair təlimatda qeyd edildiyi kimi qoruyub saxlamaq.
- Yeməklərin hazırlanması və təqdim edilməsində davamlı olaraq yüksək standartlara cavab verməklə, qonaqların ehtiyac və gözləmələrinin qarşılandığını təmin etmək.
- Hər bir iaşə obyekti tərəfindən tələb edilən yemək təqdimatı üzrə standartları yerinə yetirməklə, obyektin identifikasiyasının müəyyən olunmasına kömək etmək.
- Müəyyən edilmiş mətbəxdə hər bir menyu məmulatı üçün hazırlanma qaydası və standart reseptdən xəbərdar olmaq və hər zaman prosedurlara riayət etmək.
- Bütün iş ərazilərini, mətbəx avadanlıqları və qab-qacaqları otel tərəfindən tələb yüksək təmizlik və gigiyena standartlarına uyğun olaraq qoruyub saxlamaq və təmizləmək.
- Şirkətin bütün minimal brend standartlarının həyata keçirilməsini, eləcə də müvafiq sayılan yerlərdə zəruri sayılmayan brend standartlarının həyata keçirilməsini təmin etmək;
- Maksimal effektivliyi və şəxsi texniki təhlükəsizliyi təmin etmək üçün mətbəxdə olan bütün avadanlıqların istismar prosedurları ilə tanış olmaq və onları düzgün qaydada idarə etmək.
İş şərtləri:
- Əmək müqaviləsinin bağlanması;
- Həftəlik 2 istirahət günü olmaqla növbəli qrafiki;
- Tibbi sığorta ilə təminat;
- Şirkət tərəfindən nahar ilə təmin olunma;
- Karyera inkişafı fürsəti.
Namizədə olan tələblər
- Bölmə aşpazın köməkçisi kimi 1-2 il iş təcrübəsinə malik olmaq;
- Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
- Komandada işləmək bacarığı, gülərüzlü olmaq.
Ünvan: Füzuli və Ə. Topçubaşov küçələrin kəsişməsi, 300-303
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Demi Chef de Partie” və ya “Bölmə aşpazın köməkçisi” qeyd edərək CV-lərini [email protected] elektron ünvanına 25.10.2024-cü ilədək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.