Satış koordinatoru

  • Good Food Supply
  • Elanın qoyulma tarixi: 30.09.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

  • Əmək haqqı: 550-650 AZN 
  • İş qrafiki: 5 gün
  • Yaş: 22-30

Namizəddən tələblər:

  • Ali təhsil;
  • Təhlil və ya müxtəlif satış nöqtələri ilə iş sahəsində minimum 1 (bir) il iş təcrübəsi;
  • Dəqiqlik və məsuliyyət;
  • Güclü təhlil, məntiq və riyazi bacarıqlar;
  • Stressə dözümlülük;
  • Vaxtın düzgün idarə edilməsi bacarıqları;
  • Azərbaycan dilində mükəmməl yazma və kommunikasiya;
  • MS Office proqramlarından (xüsusilə MS Excel) mükəmməl istifadə etmə bacarığı (sertifikatların olması üstünlükdür).

Vəzifə öhdəlikləri: 

  • Şirkətin təqdim etdiyi bütün malların aktual xüsusiyyətləri və qiymətləri haqqında tam məlumatlı olmaq;
  • Satış sifarişlərini qəbul etmək və xüsusi proqram təminatında qeyd etmək;
  • Müştərilərdən gələn cavablara uyğun olaraq sifariş və alış sənədlərinin mövcud formalara əsasən tərtib etmək, yönləndirilmək və izləmək; 
  • Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərin məmnunluq dərəcəsini müəyyən etmək, nəticələr üzrə təhlillər aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə aylıq təkliflər planı hazırlamaq;
  • Müqavilə və digər sənədlərin hazırlanması üçün satış mütəxəssisləri ilə koordinasiyalı olaraq işlərin aparılması;
  • Görülmüş işlər barədə həftəlik, aylıq, rüblük və illik hesabatların verilməsi;
  • Təhvil-təslim aktlarına əsasən elektron qaimələrin kəsilməsi
  • Satış səmərəliliyinin qiymətləndirilməsi, təhlili, artırılması üçün müxtəlif satış tədbirlərin formalaşdırılması və təsdiqləndiyi zaman icrasına nəzarət edilməsi.

 

Good Food Supply tərəfindən digər vakansiyalar