Layihələr üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Məktubların qəbul edilməsi, qeydiyyatı və işçilərə çatdırılması;
  • Həftəlik kalendarın hazırlanması;
  • Ofisdə keçiriləcək görüşlər barədə məlumat verilməsi;
  • Ofisdə keçiriləcək görüşlərin təşkil edilməsi;
  • ASK Biznes Konsaltinq MMC-nin iş planı, hesabatı və arayışının hazırlanmasında köməklik;
  • ASK Biznes Konsaltinq MMC-nin məqsədlərindən irəli gələn digər vəzifələri yerinə yetirmək.
  • Layihələr üzrə sənədləşməni aparmaq;
  • Layihələrin lazımı keyfiyyətdə və vaxtında sonlandırılmasını təmin etmək;
  • Bütün işlərlə bağlı rəhbərliyə hesabat vermək;
  • Rəhbərlik tərəfindən ona həvalə edilmiş digər vəzifələri yerinə yetirmək.

Namizəd üçün irəli sürülən tələblər:

  • Ali təhsil;
  • Ən azı 1 il iş təcrübəsi;
  • Rus dili (sərbəst yazı və danışıq qabiliyyəti);
  • İngilis dili (sərbəst yazı və danışıq qabiliyyəti);
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Güclü dinləmə və kommunikasiya qurmaq bacarığına malik olmalı;
  • Komandada işləmək və idarəetmə bacarığı.

İş şərtləri:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi
  • İş vaxtı 09:00 – 18:00
  • İş günü 5/2 (şənbə və bazar qeyri-iş günləridir)

Məlumatlandırıcı qeydlər:

  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur;
  • CV formasında əsas məlumatları lakonik və aydın qeyd edin.