Elektromexanika İşləri üzrə Rəhbər

İşin təsviri

Elektromexanika İşləri üzrə Rəhbər

Vəzifə, səlahiyyət və öhdəliklər:

1. Onunla əlaqədar Layihə və ya Layihələrin elektromexanika sistemlərinin, layihənin idarə edilməsi planının, büdcə və iş proqramlarının hazırlanmasına ehtiyac olduqda, baxış keçirmək, onların icrasına nəzarət etmək və layihənin tabe olduğu layihə rəhbərinə məruzə vermək. Hazırlanan məruzələrlə bağlı olaraq, işçi qüvvəsi, maliyyə ehtiyacı və layihə sonunda layihələndirmənin qiymətləndirilməsi və layihələrin hazırlanması zamanı yarana biləcək çatışmamazlıqları müəyyən edərək əvvəlcədən zəruri tədbirlərin görülməsini təmin etmək.
2. Elektromexanika bölməsi üzrə layihə təşkilatını yaratmaq, material, makina/avadanlıq təchizatı və işçi heyəti proqramları hazırlayaraq, onların layihə müddətində ən məhsuldar şəkildə istifadəsini təmin etmək.
3. Elektromexanika sistemləri ilə əlaqədar layihədə istifadə ediləcək podratçıları seçmək, podratçını idarə etmək, podratçının işinə müvafiq prosedurlara uyğun olaraq  nəzarət etmək.
4. Material təchizatçılarını seçmək, təsdiqləmək, səlahiyyət çərçivəsində təklifləri dəyərləndirərək uyğun təchizatçıları müəyyənləşdirmək, material təminatı haqqında müqavilələri hazırlamaq, təchizatçıların işinə nəzarət etmək.
5. Elektromexanika sistemlərində pul mübadiləsini planlaşdırıb, ehtiyac duyulan və ya artıq məbləği müəyyənləşdirərək Layihə rəhbərliyinə bildirmək.
6. Bütün elektromexanika sisteminin fəaliyyətlərinin ISO 9001 standartlarına və bu standartlarla yaradılan prosedur və digər sənədlərə uyğun olaraq, həyata keçirilməsini təmin etmək.
 
İşçiyə tələblər:

1. Mexanika və ya elektrik mühəndisliyi ixtisası üzrə bakalavr təhsili almalı;
2. Tikinti sahəsində 10 il təcrübəsi olmalı;
3. İngilis dilində yaxşı səviyyədə bilməli, zərurət olduqda ikinci xarici dildə danışmaq və başa düşmək qabiliyyətinə malik olmalı;
4. MS Office proqramlarını çox yaxşı səviyyədə bilməli.

Qeyd: CV göndərərkən mövzu bölümündə vakansiyanın adı qeyd olunması mütləqdir.

E –mail: [email protected]