İşin təsviri
İş öhdəlikləri:
- Gündəlik təmizlik işlərini yerinə yetirmək;
- Tədbirlərdən sonra ofisin səliqəsini təmin etmək;
- Gündəlik iş zamanı meydana çıxacaq digər öhdəlikləri icra etmək;
- Kampus ərazisində təmizlik işlərinin həyata keçirilməsini, o cümlədən döşəməni silib-süpürmək, pəncərə və qapıları yuyub-təmizləmək, şüşələri silmək, stol və avadanlıqların tozunu almaq;
- Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarına riayət etmək;
- Etibar edilmiş əmlaka, maddi və digər sərvətlərə görə cavabdehlik daşımaq;
- Birbaşa rəhbər tərəfindən tapşırılan digər aidiyyatı işləri yerinə yetirmək.
Tələblər:
- Punktual, məsuliyyətli və detallara diqqətli olmaq;
- Məxfiliyi qorumaq bacarığı;
- Məsuliyyətli və mehriban davranış;
- Təmizləyici vasitələrdən istifadə etmək bacarığı;
- Tapşırıqları yerinə yetirmək üçün fiziki hazırlıq;
- Rəhbərlik tərəfindən müəyyən edilmiş ciddi gigiyena və təmizlik standartlarına riayət etmək bacarığı;
- Arzu olunan yaş aralığı maksimum 40-45 yaşa qədər;
ADA Universiteti Qala qəsəbəsində (Xaşaxuna bağları, döngə 1 ünvanında) yenicə fəaliyyətə başlayan ADA İbtidai Məktəbinə tam ştatlı Xadimə vakansiyası ürzə işçi qəbulu elan edir. Qeyd edək ki, məkətəbə yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcəkdir. Həm bəy, həm xanım namizədlər müraciət edə bilərlər.
Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində “Təmizlikçi” qeyd etməklə elektron ünvanımıza göndərə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi Sentyabr 20, 2024